Cəmiyyət 

Sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb. Araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb. Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə…

Read More
Cəmiyyət 

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlanıb -FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək. Bu barədə Musavat.com-a ADY-dən bildirilib. Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək. Bu dəyişikliklər həm…

Read More
Cəmiyyət 

Həyatları xilas edən göyərti

İspanaq ürək-damar xəstəliklərindən ölüm riskini 43% azaldır. Adi bir tərəvəz həyatları necə xilas edir? Alimlər təsdiq ediblər: ispanaqdan müntəzəm istifadə ürək-damar xəstəliklərindən ölüm hallarını azaldır. İspanaq niyə bu qədər təsirlidir və onu necə düzgün yemək olar? Yüksək kalium tərkibi Kalium natriumun zərərli təsirlərini neytrallaşdırır, qan təzyiqini aşağı salır və ürəyə yükü azaldır. Bir fincan doğranmış ispanaqda gündəlik tələb olunan kaliumun 24%-i var. Nitratlar İspanaq orqanizmdə azot oksidinə çevrilən təbii nitratlarla zəngindir. Bu birləşmə qan damarlarını genişləndirir, qan axınını yaxşılaşdırır və qan təzyiqini aşağı salır. Fol turşusu İspanaq qan damarlarının divarlarını…

Read More
Cəmiyyət 

Dərdlərə şəfa dərmanlarımız …

Hədəf xarici ölkələrdən dərman asılılığını minumuma endirməkdir Azərbaycan dövləti ölkəmizdə dərman vasitələrinin istehsalının daha da genişlənməsini prioritet məsələ kimi dəyərləndirir.  Çünki bu həm iqtisadiyatımızın və səhiyyəmizin inkişafına ciddi dəstəkdir, həm əhalinin daha etibarlı dərman vasitələri ilə təminatı deməkdir. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev ötən ay Bakının Pirallahı rayonunda «Diamed» dərman istehsalı zavodunun açılışında iştirak edib. Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman…

Read More
Cəmiyyət 

Narkotiksiz gələcək üçün qətiyyətli addımlar

Narkomaniya bəşəriyyətin ən böyük bəlalarından biridir. Adlandırılmasından asılı olmayaraq dünyanı cənginə alan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılır. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq heç bir ölçüyə sığmır. Bunlar narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, sağlamlığına və mənəviyyatına sarsıdıcı yara vurulması, müxtəlif cinayətlərin törədilməsinə təkan, cəmiyyətin inkişafının geri qalması, maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genofondun zərər çəkməsi və bir çox digər hallardır. Hazırda narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin…

Read More
Cəmiyyət 

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər – Ev telefonları tarix olur?

Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə edilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur. “Elə bilirəm evdə telefon olmayanda ev tam olmur”. Bu cümləyə sosial şəbəkədə rast gəlmişdim. Doğrudan da, bir dövrün insanları üçün ev telefonu sadəcə rabitə vasitəsi deyil, evin bir üzvü idi. Hətta evin ən dəyərli əşyalarından idi. Əksəriyyətinin evində dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi. Amma ev telefonları da zamanla dəyişdi, inkişaf yolu keçdi. Əvvəlcə fırlanan nömrə diski…

Read More
Cəmiyyət 

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

Xatırladaq ki, bir müddət öncə “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıyla əlaqədar “28 May” stansiyasından qatarların “Dərnəgül” istiqamətində hərəkətinə məhdudiyyət qoyulacağını xəbər vermişdik. Buna görə də “Dərnəgül” – “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” – “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Tədris ilinin başlanmasıyla əlaqədar metrodan istifadə edənlərin sayı artdığı üçün ictimaiyyətə maraqlıdır ki, sözügedən inşaat işləri nə vaxt başlayacaq? “Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, işlərin başlanması 2026-cı ilin əvvəlində nəzərdə…

Read More
Cəmiyyət 

Qadınlarımız əsgərliyə getsə… – gender bərabərliyi, yoxsa?..

Ölkədə zərif cinsin nümayəndələrinin orduya könüllü yazılması üçün hüquqi baza formalaşa bilər – rəy Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. Xatırladaq ki, bir çox xarici ölkələrdə qadınların da kişilərlə bərabər məcburi hərbi xidmətə cəlb edilməsi təcrübəsi var. …

Read More
Cəmiyyət 

Şair-yazıçılar niyə ədəbiyyatdan pul çıxara bilmir?

Sabir Rüstəmxanlı: “Kitablara əlavə subsidiya ayrılmalıdır, ən yaxşıları rayon və kənd kitabxanalarına göndərilməlidir” Deputat Elçin Mirzəbəyli Sfera.az-a müsahibəsində deyib ki, ədəbiyyatdan Azərbaycanda heç kim gəlir əldə etmir. Onun sözlərinə görə, ədəbiyyat sadəcə mənəvi ehtiyaclarını ödəyir: “Ədəbiyyat mənim fəaliyyətimə də mane olmur. İş vaxtımda oturub şeir yazmıram. Ümumiyyətlə, bütün gün ədəbi ovqata köklənən insanları anlaya bilmirəm. Söhbət gerçək ədəbi ovqatdan gedirsə, bu, an məsələsidir, ayda, ildə bir dəfə gəlir. Hər gün gəlirsə, deməli, ciddi poeziya deyil”. Deputat maraqlı məsələni gündəmə gətirib – ədəbiyyatdan heç kəsin pul qazanmaması. Hərçənd başqa ölkələrdə yazıçılar,…

Read More