Cəmiyyət 

Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi – məbləğ

8 Mart – Qadınlar Günü münasibətilə Azərbaycanda bir sıra Universitetlərdə xanım əməkdaşlara pul mükafatları verilib. Bununla bağlı Universitetlərin rektorları əmr imzalayıb. Aşağıdakı Universitetlərin xanım əməkdaşları mükafatlandırılıb: Bakı Ali Neft Məktəbi – 300 AZN İqtisad Universiteti (UNEC) – 150 AZN Azərbaycan Texniki Universiteti – 150 AZN Mingəçevir Dövlət Universiteti – 150 AZN Naxçıvan Dövlət Universiteti – 100 AZN Bakı Slavyan Universiteti – 100 AZN ADPU Şəki filialı – 100 AZN (Yeni Sabah)

Read More
Cəmiyyət 

Qənirəsiz üçüncü doğum günü

Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O,  1975-ci ilin 7 mart tarixində Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb.…

Read More
Cəmiyyət 

Bayram kimi XƏBƏR! 20-21 martda…

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar 20-21 martda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək. Bu barədə Musavat.com-a ADY-dən bildirilib. Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

Read More
Cəmiyyət 

“Məktəb bufetləri direktorların məsuliyyətidir, AQTA-nın yox” – Ekspert

Məktəb həyatı təkcə dərslərdən ibarət deyil. Şagirdlər günlərinin böyük hissəsini məktəbdə keçirir və bu mühit onlar üçün həm sosiallaşma, həm istirahət, həm də gündəlik ehtiyacların qarşılandığı məkandır. Bu ehtiyacların ən vacibi isə qidalanmadır. Çox şagird səhər yeməyi etmədən məktəbə gəlir və ilk növbədə bufetə üz tutur. Təəssüf ki, bir çox məktəb bufetlərində qazlı içkilər, şokolad, konfet, fast-food və digər yüksək kalorili, lakin vitamin və minerallarla zəif qidalar satılır. Bu məhsullar qısa müddətli doyma təmin etsə də, davamlı istifadəsi piylənmə, şəkərli diabet, mədə-bağırsaq pozğunluqları və diş problemləri kimi sağlamlıq risklərini artırır.…

Read More
Cəmiyyət 

AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib): Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır: • sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı; • üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər. Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq. Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətəbiqi…

Read More
Cəmiyyət 

Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər – “Mənim səsim olun!”

İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial media paylaşımı gündəm olub. “Qafqazinfo” xəbər verir ki, Naxçıvan məktəblisi Quzeyli, Güneyli Azərbaycana, dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara üz tutaraq, İran tərəfindən törədilmiş bu cinayətə susmamağa çağırış edib. “Biz – günahsız insanlar sizə neyləmişik, niyə hərbi hədəfiniz olmuşuq?”, – sualını verən məktəblinin “Mənim səsim olun!” çağırışı geniş rezonans yaradıb. Azərbaycan QHT-ləri, ictimai fəallar bu videonu paylaşaraq, sosial mediada “Mənim səsim olun!” (#BeMyVoice) adlı kampaniyaya başlayıb və Azərbaycanın haqq səsini ucaldıblar. Azərbaycan…

Read More
Cəmiyyət 

MEDİA sosial şəbəkələrdə informasiya təxribatlarını qəti şəkildə pisləyib

Son dövrlər sosial şəbəkələrdə özünü “Qəzetçi” kimi təqdim edən səhifə tərəfindən Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya xarakterli məlumatların tirajlanması müşahidə olunmaqdadır. “İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Qeyd olunub ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası xaricdən ölkəmizin informasiya mühitini çirkləndirmək olan bu “resurs” guya 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək İranla sərhəddə yerləşən Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yaymışdır: “Bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyir və bəyan edirik ki, belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət…

Read More
Cəmiyyət 

Apteklərdə KÜTLƏVÌ yoxlama – Nə baş verir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ölkə üzrə apteklərdə geniş yoxlamalar həyata keçirib. Musavat.com xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, ümumilikdə 98 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən aptekləri əhatə edib. Keçirilən nəzarət tədbirlərinin 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar şəkildə həyata keçirilib. Yoxlamaların nəticələrinə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar olunub. Aşkarlanmış pozuntularla bağlı müvafiq maddələrinə uyğun olaraq cərimə protokolları tərtib edilib. Son dövrlərdə apteklərdə aparılan yoxlamaların sayının artması diqqət çəkir. Mütəxəssislər bildirirlər…

Read More
Cəmiyyət 

“Onları işdən çıxarmadım deyə özümü vəzifədən azad etdilər” – Bağça müdiri

“Bir neçə əməkdaşı qanunsuz işdən çıxarmadığım üçün vəzifəmə AR Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verildi. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hər şikayəti olana “işdən azad edin” tapşırığı verir”. Bu iddia ilə “Qafqazinfo”ya Füzuli rayon 2 nömrəli Qayıdış qəsəbəsində yerləşən 9 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ülviyyə Əjdərzadə müraciət edib. Eks-müdir deyir ki, illər əvvəl səlahiyyətinə daxil olmayan işləri icra etmədiyinə görə vəzifəsindən çıxarılıb: “12 ildir pedaqoji fəaliyyət göstərirəm. 2014-cü ildə işə başladığımda bağça yerli icra hakimiyyətinə tabe idi. Həmin illərdə mənim işçiləri azad etmək kimi bir səlahiyyətim olmayıb.…

Read More