25 yaşlı qadının intiharında cinayət izi aşkar olunmayıb – Baş Prokurorluq açıqladı
Baş Prokurorluq Qazax rayonu, Daş Salahlı kənd sakini Asif Qurbanovun baş prokuror Kamran Əliyevə müraciətinə reaksiya verib. Qurumun mətbuat xidmətindən Musavat.com-a təqdim olunan yazılı münasibətdə deyilir: “Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin…
Read More