Cəmiyyət 

“Onları işdən çıxarmadım deyə özümü vəzifədən azad etdilər” – Bağça müdiri

“Bir neçə əməkdaşı qanunsuz işdən çıxarmadığım üçün vəzifəmə AR Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verildi. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hər şikayəti olana “işdən azad edin” tapşırığı verir”. Bu iddia ilə “Qafqazinfo”ya Füzuli rayon 2 nömrəli Qayıdış qəsəbəsində yerləşən 9 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ülviyyə Əjdərzadə müraciət edib. Eks-müdir deyir ki, illər əvvəl səlahiyyətinə daxil olmayan işləri icra etmədiyinə görə vəzifəsindən çıxarılıb: “12 ildir pedaqoji fəaliyyət göstərirəm. 2014-cü ildə işə başladığımda bağça yerli icra hakimiyyətinə tabe idi. Həmin illərdə mənim işçiləri azad etmək kimi bir səlahiyyətim olmayıb.…

Read More
Cəmiyyət 

Cərimələnən sürücülərə şad xəbər – Ödədikləri vəsait geri qaytarılacaq

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda Milli Məclisdə qəbul edilib. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi konkret qayda pozuntuları ilə bağlıdır. O xatırladıb ki, qayda pozuntularının mövcud olduğu halda sürücüyə həm cərimə yazılır, həm də nəqliyyat vasitəsi qadağan olunan duracağa yerləşdirilir: “Amma şəxsin avtomobilinin cərimə meydançasına…

Read More
Cəmiyyət 

8 Mart – Beynəlxalq Qadınlar Günü: Azərbaycan qadınının cəmiyyətdə rolu və dövlət qadın siyasətinin inkişafı

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquqlarının müdafiəsi, onların cəmiyyətin inkişafındakı rolunun qiymətləndirilməsi və gender bərabərliyi ideyalarının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən tarixdir. Bu gün təkcə bayram kimi deyil, həm də qadınların sosial, siyasi və iqtisadi həyatda qazandıqları mövqenin dəyərləndirildiyi, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində aparılan siyasətin diqqət mərkəzinə gətirildiyi bir gündür. Azərbaycan cəmiyyətində qadına münasibət hər zaman xüsusi hörmət və ehtiram üzərində qurulmuşdur. Qadın ailənin mənəvi dayağı, cəmiyyətin inkişafına istiqamət verən mühüm sosial institutlardan biri kimi qəbul edilir. Azərbaycan qadını tarix boyu təkcə ailə dəyərlərinin…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub – FOTO

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. “İki sahil” xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər. Prezident İlham…

Read More
Cəmiyyət 

DOST mərkəzləri bu tarixlərdə İŞLƏMƏYƏCƏK

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 7-9-da DOST mərkəzləri və “DOST Çağrı Mərkəzi 142″də qeyri-iş günü olacaq. Bu barədə DOST Agentliyi məlumat yayıb. Bildirilib ki, mərkəzlər martın 10-dan yenidən xidmət göstərəcək. Qeyd edək ki, 8 Mart – Qadınlar Günü həftənin Bazar gününə təsadüf etdiyindən martın 9-u yəni Bazarertəsi Azərbaycanda qeyri-iş günüdür.

Read More
Cəmiyyət 

8 mart günü metro belə işləyəcək

“Bakı Metropoliteni” martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bakı Metropolitenindən Musavat.com-a bildirilib ki, “28 May–Əhmədli” sahəsi gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq: “Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər”.

Read More
Cəmiyyət 

İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? – AÇIQLAMA

Ötən gün İranın yaxınlığına dron zərbəsi endirdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çingiz Babayev adına Şəkərabad kənd tam orta məktəbində tədris tam bərpa olunub. Bu barədə təhsil ocağından məlumat verib. Qeyd olunub ki, martın 6-da bütün şagirdlər məktəbə gəlib, pedoqoji heyət də iş başındadır. “Bu gün məktəbdə yüksək davamiyyət qeydə alınıb”, – Şəkərabad kənd tam orta məktəbindən bildirilib. Məlumata görə, dünən İranın dron hücumu zamanı pilotsuz uçuş aparatlarından biri məktəbin yaxınlığına düşsə də, hər hansı dağıntı qeydə alınmayıb. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.…

Read More
Cəmiyyət 

Saxta yumurta iddiaları: Əsl və saxta yumurtanı necə ayırd etmək olar? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Çindən gətirildiyi iddia olunan saxta yumurtalarla bağlı paylaşımlar geniş müzakirə olunur. Bu iddialar əhali arasında narahatlıq yaradıb və bir çox insan bazarlarda və mağazalarda satılan yumurtaların həqiqətən təbii olub-olmadığını düşünməyə başlayıb. Xüsusilə gündəlik qida rasionunda geniş istifadə olunan yumurta ilə bağlı yayılan bu məlumatlar istehlakçıların diqqətini daha da artırıb. Yumurtanın keyfiyyətini və təbii olub-olmadığını müəyyən etmək üçün bir sıra sadə üsulların olduğu bildirilir. İstehlakçılar yumurtanın həm xarici görünüşünə, həm də sındırıldıqdan və ya bişirildikdən sonra göstərdiyi xüsusiyyətlərə diqqət etməklə müəyyən fərqləri görə bilərlər. Bəs əhali əsl…

Read More
Cəmiyyət 

NARKOMANİYA VƏ ONA QARŞI MÜBARİZƏNİN ELMİ ƏSASLARI: QLOBAL ÇAĞIRIŞLAR VƏ MİLLİ PRİORİTETLƏR

Narkomaniya bəşəriyyətin təhlükəsizliyinə, ictimai sağlamlığa və sosial sabitliyə təsirinə görə XXI əsrin mürəkkəb sosial-bioloji çağırışları sırasında ilk yerlərdən birini tutur. İnsanın Yer üzərində varlığına olan bu strateji təhdid təkcə ayrı-ayrı fərdlərin sağlamlıq və davranış modeli ilə məhdudlaşmır; o, sosial institutların fəaliyyətinə, iqtisadi inkişafa, milli təhlükəsizlik sistemlərinə və demoqrafik proseslərə birbaşa təsir göstərən qlobal xarakterli fenomen kimi özünü biruzə verir. Narkomaniyanın genişlənməsi müasir dövrdə həm yeni psixoaktiv maddələrin yayılması, həm də qlobal kommunikasiya və nəqliyyat şəbəkələrinin intensivləşməsi ilə daha mürəkkəb xarakter almışdır. Bu səbəbdən narkotik asılılığına qarşı mübarizə yalnız hüquqi və…

Read More