DOST mərkəzləri bu tarixlərdə İŞLƏMƏYƏCƏK
8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 7-9-da DOST mərkəzləri və “DOST Çağrı Mərkəzi 142″də qeyri-iş günü olacaq.
Bu barədə DOST Agentliyi məlumat yayıb.
Bildirilib ki, mərkəzlər martın 10-dan yenidən xidmət göstərəcək.
Qeyd edək ki, 8 Mart – Qadınlar Günü həftənin Bazar gününə təsadüf etdiyindən martın 9-u yəni Bazarertəsi Azərbaycanda qeyri-iş günüdür.

