Cəmiyyət 

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. “Report” xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. İstintaq materiallarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə…

Read More
Cəmiyyət 

Birinci sinfə gedəcək uşaqların VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! Necə adaptasiya ola bilərlər?

Yeni dərs ilinin başlaması ilə birinci sinfə gedən uşaqlar üçün adaptasiya prosesi gündəmə gəlir. Bu mərhələ yalnız uşaqlar üçün deyil, həm də valideynlər və müəllimlər üçün mühüm əhəmiyyət daşıyır. Çünki uşaqlar ev mühitindən çıxaraq yeni qaydalar, müəllim obrazı və həmyaşıdlarla ünsiyyət kimi tamamilə fərqli bir mühitə qədəm qoyurlar. Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki: “Uşaqların məktəb mühitinə, xüsusən də birinci sinfə adaptasiya prosesi onların gələcək təhsil həyatına ciddi təsir göstərən mərhələdir. Bu dövr uşaqlar üçün həm psixoloji, həm də sosial baxımdan yeni mərhələdir.…

Read More
Cəmiyyət 

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. ARANTV.AZ  xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə – 370 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…

Read More
Cəmiyyət 

Xəzərdə 5.7 bal gücündə zəlzələ oldu, Bakı və Sumqayıt SİLKƏLƏNDİ

Dağıstanda zəlzələdən tələfat və dağıntı yoxdur ARANTV.AZ  xəbər verir ki, Dağıstanda baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, yerli əhali arasında panikaya səbəb olan zəlzələ təkanları ciddi ziyan yaratmayıb və vəziyyət nəzarət altındadır. *** Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. “Report” bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat…

Read More
Cəmiyyət 

Məktəb bazarlığı neçəyə başa gəlir? – QİYMƏTLƏR

Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yeni dərs ilinə hazırlayırlar. Trend-in əməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərin hazırkı alıcılıq maraqlarını araşdırıb. Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olan dəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Belə ki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlar isə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə 45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki, bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülü dəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasında…

Read More
Cəmiyyət 

Xəzərdə ən çox ölüm bu hisslərdə olur – Dalğıclardan tükürpədən faktlar – VİDEO

Bakıda bəzi çimərliklər qayalarla zəngin olduğu üçün burada çimmək insan həyatı üçün olduqca təhlükəlidir… Bunu FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Fərid İlhamoğlu “Xəzər Xəbər”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti tərəfindən sulardan 67 cəsəd çıxarılıb, 60 nəfər şəxs isə xilas edilib. Boğulma halları ən çox uşaqlar, yeniyetmələr və gənclər arasında baş verib. Bildirildi ki, bölgələrdə yerləşən bəzi su hövzələrində də çimmək olduqca təhlükəlidir. Bakı dalğıc axtarış qrupunun rəisi Elvin mirzəyev isə bildirdi ki, Xəzər dənizinin bəzi ərazilərində sualtı axınlar həddindən…

Read More
Cəmiyyət 

Sabah metro gücləndirilmiş rejimdə işləyəcək

Sabah Bakı metrosu “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Musavat.com-a “Bakı Metropoliten” QSC-dən məlumat verilib. Xəbərdə bildirilir ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq. Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır…

Read More
Cəmiyyət 

Orta məktəblərdə rus sektoru həyəcanı: “Müəllimlər şagird toplamaqda çətinlik çəkir”

Bakının orta məktəblərində rus sektoru üzrə şagird çatışmazlığı yaranıb. Musavat.com-un əldə etdiyi məlumata görə, rus bölməsi üzrə dərs deyən bəzi müəllimlər şagird cəlb etmək üçün valideyn komitələri vasitəsilə vatsap qruplarına müraciətlər edirlər. Onlar tanışlarından və yaxınlarından övladlarını rus bölməsinə yönəltmələrini xahiş edirlər, çünki siniflərdə xeyli boş yerlər var. Qeyd olunur ki, bu vəziyyətin səbəbi son dövrlərdə Rusiya ilə Azərbaycan arasında yaranan siyasi gərginlikdir. Valideynlər isə narahatdırlar ki, gələcəkdə rus bölmələri bağlana bilər və onların övladlarının təhsili yarımçıq qala bilər.

Read More
Cəmiyyət 

Azərbaycanda yeni trend: Pulla qulaq SINDIRANLAR – FOTO

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb. ARANTV.AZ  Lent.az-a istinadən xəbər verir ki, bəzi gənclər arasında “idmançı görünüşü” əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və “qulaq qırma xidməti” təklif olunur. Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm “nəticəni nümayiş etdirir”, həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir. Bu “xidmət”i göstərənlərlə əlaqə saxlanılıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir. Məsələylə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib…

Read More