Kiçik sahibkar “Azərşin” ASC-də elektrik məhdudiyyəti qoçuluğu səbəbindən fəaliyyətini dayandırıb
Bakıda yerləşən “Azərşin” ASC-nin zavod kompleksində 2006-cı ildən fəaliyyət göstərən icarədar sahibkar Yusif Məmiş oğlu Alıyev 19 illik işini davam etdirə bilmir. O, zavod ərazisində sex kirayələyərək mebel, qapı və digər avadanlıqlar istehsal edirdi. Sahibkar Musavat.com-a deyib ki, müəssisənin indiki rəhbərliyi Xanlar Süleymanov elektrik enerjisini dövlətin müəyyən etdiyi tarifdən baha qiymətə satır. Ödənişlərdə çətinlik yarananda dərhal elektrik kəsilir və istehsal prosesi dayanır. Yusif Alıyev bildirir ki, ödənişləri qarşılamaq üçün hətta fəhlə kimi işləməli olub. Onun rəhbərliyə dəfələrlə müraciəti cavabsız qalıb, nəticədə 2024-cü ilin dekabrından sexinə tamamilə elektrik verilməyib. Sahibkar iddia edir…
Read More