NARKOMANİYA VƏ ONA QARŞI MÜBARİZƏNİN ELMİ ƏSASLARI: QLOBAL ÇAĞIRIŞLAR VƏ MİLLİ PRİORİTETLƏR
Narkomaniya bəşəriyyətin təhlükəsizliyinə, ictimai sağlamlığa və sosial sabitliyə təsirinə görə XXI əsrin mürəkkəb sosial-bioloji çağırışları sırasında ilk yerlərdən birini tutur. İnsanın Yer üzərində varlığına olan bu strateji təhdid təkcə ayrı-ayrı fərdlərin sağlamlıq və davranış modeli ilə məhdudlaşmır; o, sosial institutların fəaliyyətinə, iqtisadi inkişafa, milli təhlükəsizlik sistemlərinə və demoqrafik proseslərə birbaşa təsir göstərən qlobal xarakterli fenomen kimi özünü biruzə verir. Narkomaniyanın genişlənməsi müasir dövrdə həm yeni psixoaktiv maddələrin yayılması, həm də qlobal kommunikasiya və nəqliyyat şəbəkələrinin intensivləşməsi ilə daha mürəkkəb xarakter almışdır. Bu səbəbdən narkotik asılılığına qarşı mübarizə yalnız hüquqi və…
Read More