Dəbdəbəli yas mərasimləri Azərbaycanda ictimaiyyət arasında müzakirə olunan və narazılıq doğuran məsələlərdən biridir. Artıq bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir. Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib. Modern.az deputatların bu məsələ ilə əlaqədar seçiciləri ilə proflaktiki söhbətlər aparıb-aparmadıqlarını öyrənmək üçün sorğu keçirib. Sayta açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, nəinki indiki…
Read More