Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Deputatlar qərarı dəstəklədi: Yas mərasimləri sadələşdirilir

By Vüsal Rafiqoğlu
23.08.2025 5 Min Read

Dəbdəbəli yas mərasimləri Azərbaycanda ictimaiyyət arasında müzakirə olunan və narazılıq doğuran məsələlərdən biridir. Artıq bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir.

Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib.

Modern.az deputatların bu məsələ ilə əlaqədar seçiciləri ilə proflaktiki söhbətlər aparıb-aparmadıqlarını öyrənmək üçün sorğu keçirib.

Sayta açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, nəinki indiki vəziyyətdə, uzun illərdir, bu barədə, yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qarşısını almaq barədə ictimaiyyət arasında geniş müzakirələr keçirilir:

“Millət vəkilləri də bu barədə mətbuatda, televiziyada çıxış edib, öz fikirlərini bildiriblər. Sözsüz, bizim milli-mənəvi dəyərlərimizə hörmət gətirən, onu ucaldan adətlər, mərasimlər saxlanılmalıdır. Ancaq yad meyillər, süni baxışlar elə bilirəm, aradan qaldırılmalıdır. Çünki bu həm insanların özlərinin maddi vəziyyətlərinə çətinliklər yaradır, həm də digər yandan bir mənəvi zərbədir. Günlərlə yas mərasimləri keçirmək, yüzlərlə insanı qarşılayıb, onları yedizdirib-içizdirmək ailələrə çox baha başa gəlir. Hətta bu mərasimlərdən sonra bir çox insanlar borca girirlər, onu ödəyə bilmirlər, ailələrində narazılıqlar yaranır. Əvvəllər hər hansı ailəyə bədbəxt hadisə üz verəndə, yas mərasimi qurulanda qonşular, qohum-əqrəbalar ora müəyyən qədər yeməklər gətiriblər. Bu da uzaqdan gələn qonaqlar üçün olub. Ancaq indiki zamanda bizim yas məclisləri bir çox hallarda toy məclislərini ötüb keçir. Cürbəcür yeməklər, ərzaq məhsullar, sular, meyvələr stola qoyulur və bəhsləşmə illərdir ki, davam edir. Bunun dünyadan köçən insana heç bir xeyri yoxdur. Ailələrin səhhəti, büdcəsi üçün həddindən artıq ziyanlıdır”.

T.Rzayev seçiciləri ilə bu barədə söhbətlər apardığını qeyd edib: “Bir çox kəndlərdə ağsaqqalların yığışıb sadə yas məclislərinin keçirilməsi ilə bağlı qərar alması təqdirəlayiqdir və alqışlanmalıdır. Çünki elə kənd və rayonlar var ki orada 7 gün yas saxlanılır. Hər cümə axşamı insanlar gəlir, 40 verilir. Həmin müddətdə də insanlar çayla, yeməklə təmin olunur, onlara ehsan verilir. Qaldırılan təşəbbüs təqdirəlayiqdir və alqışlanmalıdır. Milli Məclis üsvləri də, əlbəttə, uzun illərdir ki, seçicilər arasında söhbətlər aparıblar. Şəxsən mən özüm təmsil olunduğum rayonda iştirak etdiyim məclislərdə,dəfələrlə, söhbətlər etmişik, adamlara lazımı izahlar verilir, din xadimləri ilə söhbətlər olub, ziyalılarla görüş keçirilib və biz bunun ziyanlı tərəflərini aşılamışıq. Bu gün də belə təşəbbüslə çıxış etmək, sözsüz, insanların özlərinin xeyrinədir”.

Deputat Tənzilə Rüstəmxanlı bu qərarın çoxdan verilməli olduğunu bildirib:

“Mən düşünürəm ki, bu qərar çoxdan verilməliydi. Son dönəmlər yas mərasimlərini çox əndazədən çıxarmışdılar. İndi imkanı olan da, olmayan da var. Elin gözünə məcbur olub, qonşudan geri qalmamaq üçün yas mərasimini yüksək səviyyədə keçirmək istəyənlər var. Bunlar da, əlbəttə, hamısı nəticədə insanların imkanları ilə bağlıdır. Amma yas yerlərində, çay,limon, qənd, xurma və elimizin adəti var, adətən də, halva çalırlar yetərlidir. Bundan savayı başqa heç nəyə ehtiyac yoxdur. Bəzən 40 gün yas davam edir. Hər cümə axşamı mütləq yas keçirilən evlərə gedirlər. Bunlar hamısı olduqca ağır xərclərdir. Bunların hamısının öhdəsindən gəlmək, o qədər də asan deyil”.

“Əlbəttə, mən bu qərarın hər yerdə olmasını istəyirəm. Təşəbbüsü alqışlayıram və seçicilərimlə görüşdə mütləq bu məsələyə toxunacam”,- xanım deputat əlavə edib.

Deputat Elman Nəsirovun sözlərinə görə, yas mərasimlərinin təmtəraqlı keçirilməsi cəmiyyətimizi narahat edən məsələlərdəndir:

“Şəxsən bununla bağlı mənim həmişə mövqeyim olub. Mövqeyim ondan ibarətdir ki, yas mərasimlərinin təmtaraqlı şəkildə keçirilməsi sözün həqiqi mənasında biabırçılıqıdır. Hüzrü olan, böyük itki ilə üzləşən şəxslər bilmirlər öz dərdlərini çəksinlər, faciəni yaşasınlar, yoxsa gələn qonaqların qarşısına çıxsınlar. Yas mərasimləri böyük vəsait tələb edir. Sözün həqiqi mənasında böyük itki ilə üzləşən şəxsələrə əlavə itkilər gətirir. İkiqat əzab və itkidir. Bunu həmişə deyirəm. Seçicilərimlə görüşdə də söyləyirəm. Cəlilabadın çoxsaylı kəndlərində 7 günlük yas mərasimləri keçirilir. Yaxşı ki əksər rayonlarda, Bakıda 3-lə 7 mərasimləri birləşdirilib keçirilir. Amma Cəlilabadın əksər kəndlərində 7 gün yas mərasimi keçirilir. 7 gün gələn qonaqların qarşısına çıxmaq, onlara isti yeməklər vermək, qulluqlarında durmaq ümumiyyətlə absurddur. Hesab edirəm ki, yaxınını itirən şəxslər ikiqat əzab çəkirlər. Ona görə də mən bu yas mərasimlərinin qəti şəkildə əleyhinəyəm. Bir çox kəndlərdə yas mərasimlərinin ləğvini dəstəkləyirəm və bunun praktiki tətbiqlərini görəndə, məmnun oluram ki, nəticələr göz qabağındadır”.

Deputat düşünür ki, 3 və 7 mərasimləri birləşdirilməlidir:

“Yəni 7 gün yas mərasimi saxlamaq, 1 həftə təmtəraqlı yas məclisləri deməkdir. Bunun əzizini itirən insanlar üçün hansı ağrılar, növbəti problemlər yaratdığını təsəvvür etmək çətin deyil. Hər iki məsələdə mənim deputat kimi prinsipial mövqeyim var. Seçicilərimlə görüşdə də,bax, bu təbliğatı aparıram. Artıq bu istiqamətdə bir çox kəndlərdə müsbət tendensiya müşahidə olunmaqdadır”.

Parlamentari Ceyhun Məmmədov vətəndaşlarla iş apardıqlarını qeyd edib:

“Demək olar ki, həm parlamentdə, həm mətbuatda, həm də seçicilərlə görüşdə bu məsələləri ən çox qaldıran insanlardan biriyəm. Biz hələ əvvəlki dövrdə, keçən çağırışdan bu məsələnin üzərində işləyirik. Vətəndaşlarla iş aparırdıq, indi də bu proses davam edir ki, yas mərasimlərində israfçılıq aradan qaldırılsın. Yəni bu məclislərdə çay, limon, qənd və xurma yetir. Yeməyə, israfçılığa ehtiyac yoxdur”.

Deputat vurğulayıb ki, yavaş-yavaş Azərbyacanın bütün bölgələrində yas mərasimlərinin belə keçiriləcəyinin şahidi olacağıq:

“Çünki, həqiqətən də, insanlar yas mərasimindəki israfçılıqdan əziyyət çəkirlər. Getdikcə biz israfçılıq həddinin daha da artdığını görürük. İnsanlar bu vəziyyətdən çox əziyyət çəkirlər, yüklənmiş hiss edir. Biz çalışmalıyıq ki, yas mərasimlərinin sadələşdirilməsi həyata keçirilsin. Hesab edirəm ki, həm həmkarlarımızın, həm də ağsaqqalların iştirakı ilə məsələnin öhdəsindən gələcəyik. Maarifləndirmə hesab edirəm ki, olduqca vacibdir”.

Deputat Azər Badamov da seçiciləri ilə görüşlərdə yas mərasimləri ilə bağlı seçiciləri ilə söhbət apardığını qeyd edib:

“Bir neçə rayonda yas mərasimlərində dəbdəbəli ehsan süfrələrin verilməsinin dayandırılmasını alqışlayıbÇünki, bu, yas sahiblərini böyük xərclərdən, çətinliklərdən azad edir və yükünü azaldır. Biz də seçicilərimizlə görüşlərimiz zamanı, o cümlədən iştirak etdiyimiz məclislərdə bu məsələni gündəmə gətiririk və yas mərasimlərdə dəbdəbəli ehsan süfrələrin verilməsinin dayandırılmasının müsbət tərəflərini izah edirik”.

Parlamentari hesab edir ki, insanların maarifləndirlməsinə böyük ehtiyac var:

“Bu işdə təkcə deputatlar yox, cəmiyyətin hər bir üzvü səfərbər olunmalı və insanlara yük olan adət ənənələrin təkmilləşdirilməsi istiqamətində töhfə verməlidirlər”.

Deputat Aydın Mirzazadə söyləyib ki, israfçılıq üzündən ölü sahibləri ölüsünü son mənzilə yola salmaqdan çox, yas mərasimini necə yola salmaq barədə düşünürlər:

“Bu məsələ son dövrlərdə müzakirə mövzusudur. Yas mərasimində hesab edirəm ki, anım, son ehtiramın bildirilməsi əsas olmalıdır. Bolluqla süfrə açılması hüzrü olan insanın üzərinə çox böyük yükdür. İnsanlar öz əzizlərini son mənzilə yola salmaqdan daha çox bunu necə yola salmaq barədə düşünürlər. Bu baxımdan ayrı-ayrı bölgələrdə yasda çay və xırda şirniyyat verilməsi qərarlaşdırlıb”.

Parlamentari heç kəsin buna etiraz etmədiyini deyib:

“Görünən odur ki, heç kəs buna etiraz etmir. Mən nəinki bunu dəstəkləyirəm, hətta seçicilərimlə görüşdə onların özləri məsələ qaldırırlar ki, bəzi məqamlar var bizdə də buna getməyin vaxtı çatıb.Seçici ilə görüşlərdə bu barədə artıq söhbətlər gedir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağstafada yol qəzası – Ölən və yaralanan var

Next

“Magistratura yerlərinin boş qalması gələcək üçün risk siqnalıdır”

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv