Cəmiyyət 

“Bakı Metropoliteni” yeni stansiyaların inşası ilə bağlı görülən işləri açıqlayıb

“Bakı Metropoliteni” QSC-də yeni stansiyaların inşası və xətlərin ayrılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Report xəbər verir ki, bunu qurumun sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq Türkiyənin “Yüksel Proje” şirkəti ilə müqavilə imzalanıb: “Müqavilə çərçivəsində iki əsas istiqamət nəzərdə tutulur. 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, eləcə də Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi. Xətlərin ayrılması zamanı “İçərişəhər” stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də planlaşdırılır. Hazırda stansiyaların yerlərinin dəqiqləşdirilməsi və rəsmiləşdirilməsi, həmçinin tunel traslarının hazırlanması işləri aparılır”. E. Əhmədov qeyd edib ki, metro…

Read More
Cəmiyyət 

Bakı metrosunda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər

“Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.  Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib. “Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”, – deyə…

Read More
Cəmiyyət 

Azərbaycan və Latviya səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirirFOTO

Səhiyyə Nazirliyində Azərbaycanda işgüzar səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Meri ilə görüş keçirilib. Görüşdə, həmçinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya da iştirak edib. Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Latviya əməkdaşlığının mövcud vəziyyəti, həmçinin potensial inkişaf imkanları müzakirə olunub. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Latviya arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.…

Read More
Cəmiyyət 

Mədəniyyət naziri Şəmkirdə vətəndaş qəbulu keçirdi – FOTOLAR

Azərbaycan mədəniyyət naziri Adil Kərimli Şəmkirdə avqustun 29-da vətəndaşları qəbul edib. Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Şəmkir rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Sakinlərin müraciətləri, əsasən, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını diqqətə çatdırıb. Şəhid ailələrinin üzvləri və qazilərin müraciətlərinə xüsusi…

Read More
Cəmiyyət 

Sabah saat 12:00-dən qaz olmayacaq

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dən etibarən müvəqqəti olaraq kəsiləcək. Təmir işlərinin tamamlanmasının ardından qaz təchizatı bərpa ediləcək. İstehsalat Birliyi sakinlərə anlayış göstərdiklərinə görə təşəkkür edib.

Read More
Cəmiyyət 

Əməliyyat etdirən qızlar niyə bir-birinə oxşayır? – Adil Qeybulla SİRLƏRİ AÇDI

Saxta həkimlər, diplomsuz cərrahlar, əməliyyat qurbanı olan qadınlar son illərin ən böyük sosial problemlərindən birinə çevirilib. Ayda azı 1 dəfə “həkim”lər hansısa neqativ əməlləri ilə gündəmə gəlirlər. Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Lent.az-a müsahibəsində plastik-estetik əməliyyatların qalıcı fəsadlarından, saxta həkimlərdən və səhiyyənin digər problemləri barədə danışıb. – Həkim, plastik-estetik əməliyyatlar niyə bu qədər təbliğ olunur? Bu proseslər təkcə bizim ölkədə bu qədər yayılıb? – Estetik adlandırılan kateqoriyaya daxil edilən əməliyyatlar qrupu sağlam insanlar üzərində aparılır. Düzdür, bu insanların da, müəyyən xəstəlikləri ola bilər, amma ümumilikdə həkim üçün bu…

Read More
Cəmiyyət 

Qaxda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Kərimovla vida mərasimi keçirilib

Qax rayonunun Oncallı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Natiq Zeynal oğlu Kərimovla vida mərasimi keçirilib. Report-un Şimal-qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. N.Kərimov 1971-ci il avqustun 3-də anadan olub. 1993-cü il aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb. Şəhidin nəşinin qalıqları Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Read More
Cəmiyyət 

Türkiyədə Azərbaycanla gənclər mübadiləsi proqramının iştirakçıları müəyyən edilib

Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş Baş İdarəsi növbəti Türkiyə – Azərbaycan Gənclik Mübadilə Proqramının (Türkiye-Azərbaycan Gənclik Değişimi Programı) iştirakçılarının siyahısını açıqlayıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 1-dən 6-dək Bakıda və Azərbaycanın digər şəhərlərində həyata keçiriləcək proqramın 10 əsas iştirakçısı ilə yanaşı, eyni sayda ehtiyat namizəd də seçilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində gənc Türkiyə vətəndaşları könüllülük fəaliyyətlərində, mədəni tədbirlərdə iştirak edəcək, Azərbaycanın tarixi və mədəni irsi ilə daha yaxından tanış olacaqlar. Xüsusən, Heydər Əliyev Mərkəzinə və ADA Universitetinə səfər, tələbə gənclər təşkilatlarının…

Read More
Cəmiyyət 

Rəşad Dağlının həbsxanadan YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

Meyxana sənətinin ən tanınmış simalarından biri olan Rəşad Dağlının həbsxanadan yeni görüntüləri yayılıb. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlar sənətçinin pərəstişkarlarını məyus edib. Onun əvvəlki illərdəki enerjili və gümrah obrazından fərqli olaraq, hazırkı durumu tamaşaçılarda kədər və təəssüf hissi doğurub. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən dəhşətli hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib. Hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdu. İstintaqın yekununa görə, Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz…

Read More