Cəmiyyət 

100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verildi

Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Musavat.com xəbər verir ki, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.

Read More
Cəmiyyət 

“Səsiniz olaq” adlı inklüziv layihədən eşitmə və nitq məhdudiyyətli 400-dən çox şəxs faydalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidmətindən indiyədək eşitmə və nitq məhdudiyyətli 410 şəxs faydalanıb. Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib. Ötən il iyulun 28-dən Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Xidmət vasitəsilə işarət dilini bilməyən tərəflərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır. Belə ki, eşitmə və nitq məhdudiyyətli şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə…

Read More
Cəmiyyət 

Nicat Kazımova yeni vəzifə verildi

Əməkdar artist Nicat Kazımov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyin olunub. Publika.az report-a istinadla xəbər verir ki, rejissor bundan sonra teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsini icra edəcək. Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. Qərara əsasən, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.

Read More
Cəmiyyət 

Ağdama daha 90 ailə köçürüldü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Musavat.com xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 90 ailə – 346 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Read More
Cəmiyyət 

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub

Braziliya səfiri də daxil olmaqla Xorvatiya və İspaniyanın İrandakı səfirlik əməkdaşları, eləcə də diplomatik nümayəndəliklərin təmsilçiləri “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunublar. “İki sahil” xəbər verir ki, təxliyə prosesi müvafiq prosedurlara uyğun şəkildə həyata keçirilib və hər üç ölkənin səfirliklərini təmsil edən ümumilikdə 30 nəfərin Azərbaycan tərəfinə keçidi təmin olunub. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar. “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Read More
Cəmiyyət 

Piylənmədən əziyyət çəkən uşaqların sayı 2040-cı ilə qədər 228 milyona çatacaq – Yeni hesabat

Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının 2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı proqnozlaşdırılır. “İki sahil” xəbər verir ki, bu barədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb. Bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı barədə xəbərdarlıq edən 2026-cı il “Ümumdünya piylənmə atlası” hesabatında dərc edilib. Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər 11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda piylənmənin…

Read More
Cəmiyyət 

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. “İki sahil” xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib. “İki sahil” xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib. Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən…

Read More
Cəmiyyət 

Polad Həşimovun avtomobili – Video

Milli Qəhrəman, mərhum general Polad Həşimova məxsus olduğu bildirilən avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub. Publika.az Milli.az-a istinadən xəbər verir ki, şəhid generalla bağlı edilən paylaşım qısa müddətdə minlərlə baxış toplayıb. İzləyicilər paylaşımın altına çoxsaylı şərhlər yazaraq Polad Həşimovun xatirəsini ehtiramla anıblar. Bir çox istifadəçi onun sadəliyini və vətənpərvərliyini xüsusi vurğulayıb. Avtomobilin qorunub saxlanılması qəhrəmanın xatirəsinə göstərilən hörmət kimi qiymətləndirilib. Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrində uzun illər xidmət edib və müxtəlif məsul vəzifələrdə çalışıb. 2020-ci ilin iyul ayında Tovuz…

Read More
Cəmiyyət 

Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə cəzalandırıldı – Video

Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı videosundan sonra xanım müğənni yayılan xəbər və videoların silinməsini təlbə edib. OLAY yazır ki, daha sonra Şəbnəm Tovuzlu sosial şəbəkə hesabından Avtosfer.az-ın səhifələrini bağlatdırmaqla bağlı təhdid edən mesajlar və səs yazısı göndərib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Günel Hüseynova polis əməkdaşları tərəfindən müəyyən olunaraq onunla profilaktik söhbət aparılıb, mövcud qanunvericiliyin tələbləri izah edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4 (Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə) və 329.1 (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə…

Read More