Aprel ayının qeyri-iş GÜNLƏRİ
Aprel ayında Azərbaycanda ümumilikdə 8 qeyri-iş günü var.
Musavat.com xəbər verir ki, apreldə qeyri-iş günü hesab edilən bayram və hüzn günü qeydə alınmadığı üçün qeyri-iş günləri yalnız şənbə və bazardan ibarətdir.
Həmçinin, ilin müxtəlif günlərinə təsadüf edən dini bayramlar – Ramazan bayramı bu il mart, Qurban bayramı isə may ayında qeyd edilir.
Qeyd edək ki, altı günlük iş həftəsi ilə işləyən müəssisələrdə isə qeyri-iş günlərinin sayı 4-dür./Bizim.Media

