Cəmiyyət 

Nikahdankənar doğulanlar artır

Ekspert: “Nikah bağlanmırsa, ailə sayılmasın” 2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların ümumi sayı məlum olub. Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda 13228 uşaq nikahdankənar dünyaya gəlib. Onlardan 5158-i şəhər yerində, 8070-i kənd yerində doğulub. Müqayisə üçün qeyd edək ki, son illər nikahdankənar doğulan uşaqların sayında azalma baş verib. Belə ki, 2023-cü ildə 15622, 2022-ci ildə isə 18814 belə uşaq doğulmuşdu. Lakin yenə də bu statistika göstərir ki, belə hallar az deyil. Son illərdə ata kultunun zəifləməsi və tək anaların…

Read More
Cəmiyyət 

Gülümsəməyin sağlamlıq üçün faydaları

Heç kimə sirr deyil ki, gülümsəmək gözəldir. Biz böyük bir təbəssümlə qarşılaşmağı sevirik və eyni zamanda təbəssümlə başqalarını sevindirməyi də xoşlayırıq. Sosial faydalardan başqa, araşdırmalar göstərir ki, gülümsəməyin əslində bir sıra vacib sağlamlıq faydaları var. Artan ömür Gülüşün sağlamlıq üçün ilk və bəlkə də ən əhəmiyyətli faydası insanın ömrünü uzatmasıdır. 2010-cu ildə edilən bir araşdırma gülümsəmək və daha uzun yaşamaq arasında əlaqənin olduğunu göstərib. Xoşbəxt insanların daha uzun ömür sürdüyünü sübut edən çoxlu faktlar var. Əslində, hətta xoşbəxtliyin ömrü illərlə artıra biləcəyini göstərən araşdırmalar var. Yeri gəlmişkən, elm adamları daha…

Read More
Cəmiyyət 

Hadrutda 4,6 milyon manatlıq layihə…

Azərbaycanın azad edilmiş ərazilərində tikinti-quraşdırma, bərpa işləri mərhələli şəkildə davam etdirilməkdədir. Bu işlərin davamı kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri aparılacaq. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb. Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir. Eyni zamanda qeyd olunan işlərin 4,6 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.//Milli.Az

Read More
Cəmiyyət 

Antibiotik qəbul edərkən hansı qidaları yemək olmaz? – Həkimdən məsləhətlər

Antibiotiklər orqanizmə bakterial infeksiyalarla mübarizə aparmağa kömək edir, lakin qeyri-düzgün qidalanma onların effektivliyini azalda bilər. Fakt budur ki, bəzi qidalar dərmanlarla qarşılıqlı təsirə girərək, onların orqanizm tərəfindən sorulmasına təsir göstərə bilər və yaxud yan təsirləri artıra bilər. Bu barədə rusiyalı pediatr Aygül İsrafilova Gazeta.ru-ya müsahibəsində danışıb. Həkim antibiotik qəbul edərkən imtina edilməli olan əsas qidalar sırasına süd məhsulları, alkoqol, turş meyvələr və şirələr, yüksək şəkər tərkibinə malik məhsullar və liflə zəngin qidaları daxil edib. “Süd, qatıq və pendirin tərkibində olan kalsium bəzi antibiotiklərlə (məsələn, tetrasiklinlər və ftorxinolonlar) birləşə bilər ki,…

Read More
Cəmiyyət 

Gel dırnaq boyalarına qadağa qoyulur

1 SENTYABRDAN QƏRAR QÜVVƏYƏ MİNƏCƏK Avropa İttifaqı 2025-ci il sentyabrın 1-dən etibarən tərkibində TPO (trimetilbenzoyl difenilfosfin oksid) olan dırnaq gel dırnaq boyalarının satışını və istifadəsini tam şəkildə qadağan edir. Bu maddə UV və LED lampalar altında gelin bərkiməsini təmin edir. Avropa İttifaqı orqanları bu oksidin sağlamlığa zərərli olduğunu açıqlayıb. Maddə sonsuzluq riski və dəri qıcıqlanması kimi fəsadlar yarada bildiyindən, həm müştərilər, həm də bu məhsullarla işləyən ustalar üçün təhlükəlidir. Qadağa həm peşəkar, həm də ev şəraitində istifadəyə şamil olunur. Sentyabrın 1-dən bu məhsulların istifadəsi və saxlanması qəti şəkildə qadağandır. Bu…

Read More
Cəmiyyət 

Avqustun 19-u Dünya Fotoqrafiya Günüdür

Avqustun 19-u Dünya Fotoqrafiya və ya Dünya Foto Günü kimi qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu gün 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya sənətinin qlobal bayramıdır. Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif fotoşəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

Read More
Cəmiyyət 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib

Son günlər sosial şəbəkələrdə uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətdə haqlı narahatlıq yaradan bəzi videoların paylaşılması geniş ictimai rezonans doğurub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, xüsusilə azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirmələri həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir. Qeyd olunub ki, bu halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların…

Read More
Cəmiyyət 

Dünyada ən çox qızıl bu ölkələrdədir – Bəs Azərbaycan neçəncidir?

Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr strateji ehtiyatlarını, xüsusilə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər. 2025-ci ilin əvvəlində dünyanın ən çox qızıl ehtiyatına malik ölkələrinin siyahısı açıqlanıb. Siyahıya ABŞ başçılıq edir. ABŞ-in hazırda 8133 ton qızıl ehtiyatı var. Ən çox ehtiyata malik digər ölkələr bunlardır: Almaniya – 3351 ton, İtaliya – 2451 ton, Fransa – 2437 ton, Rusiya – 2330 ton , Çin – 2292 ton , İsveçrə – 1040 ton, Hindistan – 880 ton, Yaponiya – 846 ton, Türkiyə – 624 ton təşkil edir. Azərbaycan isə 165…

Read More
Cəmiyyət 

Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır?

Əgər sürücülük vəsiqənizin etibarlılıq müddəti başa çatırsa, itibsə və ya sadəcə köhnə vəsiqəni yeniləməyi düşünürsünüzsə, ağlınızdakı suallara bu xəbərdə cavab tapacaqsınız. Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır? Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, vəsiqənin dəyişilməsi üçün vətəndaş istənilən Asan Xidmət mərkəzinə və ya Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsinə müraciət edə bilər. Bunun üçün vətəndaşa şəxsiyyət vəsiqəsi, köhnə sürücülük vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barəsində qəbz lazımdır. Həmçinin, vətəndaş 60 yaş və üzəridirsə, gözlə görünən qüsuru varsa, tibbi arayış lazım olacaq.

Read More
Cəmiyyət 

Bu rayonda ət BAHALAŞDI

Son bir ay ərzində İsmayıllı rayonunda ətin qiymətində orta hesabla 2 manat artım müşahidə olunur. Satıcıların sözlərinə görə, bu artımın əsas səbəbləri rayonda mal-qaranın sayının azalması və yem-ot məhsullarının bahalaşmasıdır: “Qiymət artımı təkcə alıcılara deyil, həm də satıcılara zərər vurur. Belə ki, əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda indi bu rəqəm 40-50 kiloqrama qədər enib”. Alıcılar da mövcud bahalaşmadan narazılıqlarını ifadə edirlər. Məsələ ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyəti qeyd edib ki, ərzaq bazarındakı qiymətlərə birbaşa müdaxilə onların səlahiyyətinə daxil deyil. Qiymətlərin formalaşması…

Read More