Cəmiyyət 

Azərbaycanda boşananların sayı azalıb

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14953 nikah və 6784 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Read More
Cəmiyyət 

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən iyulun 1-dək ölkə əhalisinin sayı 16 min 833 nəfər və ya 0,2 faiz artaraq, 10 milyon 241 min 722 nəfərə çatıb. AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə avqustun 1-dək…

Read More
Cəmiyyət 

Yanvar-iyun aylarında Azərbaycanda 45 mindən çox körpə doğulub

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm doğulub. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11,0),Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan…

Read More
Cəmiyyət 

Yanvar-iyun aylarında Azərbaycanda 25 minə yaxın cütlük nikaha daxil olub

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 24 min 815 nikaha daxilolma və 10 min 350 boşanma halı qeydə alınıb. AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə enib. Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6),Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub. 2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət…

Read More
Cəmiyyət 

Boşanma zamanı cehiz və qızıl-zinət əşyaları necə bölünür? – Vəkildən izah

Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakı və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə tez-tez rast gəlinir. Qanunvericilikdə bu məsələ necə tənzimlənir? Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu mülkiyyətə əmək, sahibkarlıq və intellektual fəaliyyət nəticəsində əldə edilən gəlirlər, alınan pensiya və müavinətlər, xüsusi təyinatı olmayan digər pul ödəmələri, eləcə də ümumi gəlirlər hesabına əldə olunan daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, paylar, əmanətlər və sair daxildir. Əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, nikah dövründə…

Read More
Cəmiyyət 

Azərbaycanda bu şəxslərin əməkhaqları artdı

2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri neft-qaz sektorunda 1046,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6 manat, özəl müəssisələrdə isə 1151 manat olub.

Read More
Cəmiyyət 

Misir Mərdanov Paşinyanla bağlı videosundan DANIŞDI

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videomüsahibəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, müsahibədən kəsilmiş görüntülərdə “Paşinyan bizim rayondan – İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib. Musavat.com-un məlumatına görə, Misir Mərdanov Azxeber.com-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib: “İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç…

Read More
Cəmiyyət 

4 illik stomotoloji kabus – pasiyent 23 min manatı geri tələb edir

Azərbaycanda stomatoloji xidmət sahəsində istehlakçı hüquqlarının pozulması halları yenidən gündəmə gəlib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tərəfindən ictimailəşdirilən şikayət məktubuna görə, bir vətəndaş 2021-ci ildən P.P. Dental klinikasında ortodontik və digər stomatoloji müalicələrə başlamış, lakin 4 ilə yaxın davam edən prosesdə ciddi tibbi və maliyyə problemləri ilə üzləşib. “Mənim stomotoloji xidmət sahəsində istehlakçı hüququm pozulub! Belə ki,2021-ci Ildən P. P. Dental klinikasına ayaq döyürəm. Bu klinikaya ortodontik, TMJ müalicəmi başqa klinikada bitirib, razı qaldığım konstruksiya ilə gəlmişəm, itirilmiş toxumaların cərrahi bərpasını həkim X.T-dən xahiş etmişəm. Həkim problemin həll olunacağına…

Read More