Cəmiyyət 

Hava ilə bağlı XƏBƏRDARLIQ -Martın 4-ü…

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq Martın 4-ü günün ikinci yarısı 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Read More
Cəmiyyət 

Bu şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılıb

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb. Musavat.com xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb. Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib. Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi

Read More
Cəmiyyət 

İlin ilk Ay tutulması başladı

İlin ilk Ay tutulması başlayıb. Musavat.com xəbər verir ki, tutulma saat 18:23-də bitəcək. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq. Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə…

Read More
Cəmiyyət 

“Şər deməsən, xeyir gəlməz…” – Azərbaycanda sığınacaq və bunkerlər nə vəziyyətdədir?

Son günlər İranda təhlükəsizlik vəziyyətinin kəskin şəkildə gərginləşməsi regionda yeni və real risk mühiti formalaşdırıb. ABŞ və İsrailin İran ərazisinə endirdiyi hərbi zərbələr, Tehranın cavab addımları və qarşılıqlı təhdid ritorikası Cənubi Qafqaz ölkələrində də narahatlıqla izlənilir. Azərbaycan isə coğrafi yaxınlıq və sərhəd faktoru səbəbindən prosesləri xüsusilə diqqətdə saxlayır. Artan gərginlik fonunda artıq konkret humanitar addımlar da atılıb. 28 fevraldan 1 martadək İran-Azərbaycan sərhədindən 192 nəfər təxliyə olunub, onların 82-si Azərbaycan vətəndaşıdır. Rəsmi qurumlar vətəndaşlara təhlükəsizlik xəbərdarlıqları edir, İran ərazisində olanlara ölkəni tərk etməyi tövsiyə edir. Məhz bu məqamda cəmiyyətdə daha…

Read More
Cəmiyyət 

Nəqliyyatla bağlı YENİLİK – BUNDAN SONRA…

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər).…

Read More
Cəmiyyət 

Sahura durmayanların səhhətində bu risklər yaranır

Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sağlamlığımız üçün riskdir. Belə riskli vəziyyətlərdən biri də sübh tezdən yemək yemədən (sahur) oruc tutmaqdır. Axşam.az xəbər verir ki, Ramazanın gəlişi ilə qidalanma vərdişləri dəyişib. Gündə iki dəfə – sahur və iftar yeməyə keçmək müəyyən risklər gətirir. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar bu riskləri və onlardan necə qaçınmaq lazım olduğunu açıqlayıb. Bir çox insan Ramazan ayında iş, sosial həyat və ya digər məsuliyyətlər səbəbindən sahuru buraxır. Lakin bədənin gün ərzində ehtiyac duyduğu enerji və qida maddələrini təmin edən sahuru buraxmaq bədəndə müəyyən reaksiyalara…

Read More
Cəmiyyət 

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir. “İki sahil” xatırladır ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin…

Read More
Cəmiyyət 

Od çərşənbəsi gəldi: Minillik inancların gizli mənası nədir?

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Xatırladaq ki, bu il Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir. Qədim türk dünyagörüşündə od adi alov kimi deyil, müqəddəs varlıq kimi qəbul edilir. O, yalnız yandıran və istilik verən ünsür deyil, həm də insanı mənəvi çirklərdən təmizləyən, görünməz ağırlıqları yox edən güc hesab olunur. El arasında tez-tez işlədilən “Suyun yumadığını od təmizlər” deyimi də məhz bu qədim inancdan qaynaqlanır. Araşdırmalar göstərir ki, türk etnosu odu zərdüştlükdən və atəşpərəstlikdən də…

Read More
Cəmiyyət 

Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır: “Bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin…

Read More
Cəmiyyət 

Dərmanlar bazara çıxana qədər hansı sınaqlardan keçir?

“Hər bir dərman vasitəsi qeydiyyata alınmazdan əvvəl klinikaya qədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlara məruz qalır. Tədqiqatlar zamanı dərman vasitəsinin toksikoloji, effektivlik və təhlükəsizliyi baxımından araşdırılır”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov açıqlayıb. Onun sözlərinə görə, toksikoloji təsirləri və təhlükəsizliyi dedikdə, həmin dərman vasitəsinin orqanizmə (qaraciyər, ürək, böyrək və s.) hansı zərərləri təsirləri olan təsirləri nəzərdə tutulur: “Bunlar dərman vasitəsinin riskləri qiymətləndirilir. Effektivlik deyəndə, hər bir dərman vasitəsi müəyyən məqsəd…

Read More