Cəmiyyət 

DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət etdi – VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, velosiped və skuter sürücülərinə müraciət edib. İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir ki, son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir: “Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir. Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır: – Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir…

Read More
Cəmiyyət 

Xəzərin səviyyəsi düşür, çirklənməsi artır – Xəstələnməmək üçün bunlara əməl edin…

Xəzər dənizinin çirklənmə səviyyəsi son illərdə kəskin şəkildə artıb. Yay aylarında sərinlənmək və istirahət məqsədilə dənizə üz tutan insanlar oradan sağlamlıq problemləri ilə geri dönürlər. Son günlərdə xüsusilə uşaqlar arasında dəri qızartıları, qaşıntılar, yüksək hərarət, ürəkbulanma və halsızlıq kimi şikayətlər artıb. Müayinə olunan şəxslərdən bir neçəsinin bədəninə dəniz suyundan infeksiya keçdiyi məlum olub. Xəzərin bu qədər çirkli olmasının səbəbi nədir? Xəzəri qidalandıran və əsas çirkləndirici mənbələr Volqa, Kür və Ural çaylarıdır. Bu çaylar vasitəsilə Xəzərə böyük həcmdə sənaye, məişət və kənd təsərrüfatı tullantıları axıdılır. Eyni zamanda sahilyanı şəhərlər – Bakı,…

Read More
Cəmiyyət 

Arif Babayevin vəziyyəti hələ də ağırdır

Xalq artisti Arif Babayevin vəziyyətində hələ də heç bir dəyişiklik yoxdur. Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev “Qafqazinfo”ya bildirib ki, xanəndənin vəziyyəti ağırdır. “Bu gün saat 10:00-a olan məlumata əsasən, xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”, – baş həkim qeyd edib.

Read More
Cəmiyyət 

İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür

Ümumdünya Hepatitlə Mübarizə Günü hər il iyulun 28-də qeyd edilir. AZƏRTAC xəbər verir ki, 2010-cu ildən etibarən bu günün hər il iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır. Ümumdünya Hepatitlə Mübarizə Gününün məqsədi cəmiyyəti ağır qaraciyər xəstəliklərinə və qaraciyər xərçənginin ən çox yayılmış forması kimi hepatoselüler karsinomaya səbəb olan iltihablı qaraciyər xəstəliyinin yaranmasına səbəb olan müxtəlif viruslar tərəfindən törədilən hepatitlər barədə maarifləndirməkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ümumdünya…

Read More
Cəmiyyət 

Bəs bunu kimin vicdanına yazaq?

Bu acını təsəvvür etmək belə mümkünsüzdür – uşağın gözünün qarşısında acından ölür… (Yaxın) Şərq “incə məsələdir” deyirlər, amma baş verənlərə rəğmən onilliklərdir “incə yerindən” heç qırılmır, qırılan, ölən günahsız adamlar, uşaqlardır. Hələ də bəzi güclərin ləğv edilməsinə imkan vermədiyi bədnam Minsk Qrupunda rusiyalı həmsədr Kazimirov günlərin birində Qarabağ münaqişəsinin “mürəkkəbliyini” bu cümlə ilə ifadə etdiyini xatırlayıram: “Şuşa Yerusəlim kimi şəhərdir…” Bu, Şuşanın Azərbaycan üçün siyasi-mənəvi əhəmiyyətinə işarə deyildi. Rusiyalı Kazimirov və digər həmsədr dövlətlər (ABŞ və Fransa) Azərbaycanı da Yaxın Şərqin o “ərazi-dövlət” bataqlığına sürümək istəyirdilər ki, 2020-ci ilin sentyabrında…

Read More
Cəmiyyət 

FHN: Hazırda Ağdərənin Talış və Goranboyun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri davam etdirilir

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb. Bu barədə AZƏRTAC-a FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

Read More
Cəmiyyət 

Bu 4 tarixdə doğulanların hər istəyi reallaşır

Bəzi insanlar var ki, elə bil həyat boyunca uğur həmişə onların tərəfində olur. Sanki şans onları heç vaxt tərk etmir. Lakin gerçəkdə bu insanların sadəcə şansa bel bağlamadığı, uğuru öz əlləri ilə formalaşdırdığı ortaya çıxır. Onlar fürsət axtarmır, fürsət yaradırlar.  Bu xüsusiyyətlərə sahib olan insanlar əsasən ayın 4, 8, 17 və 22-ci günlərində doğulanlardır. Ayın 4-də doğulanlar: məqsədli və inadkar Ayın 4-də doğulan insanlar çox çalışqan və məqsədyönlüdürlər. Onlar maddi uğur qazanmaq üçün lazım olan intizam, planlama və zəhmət kimi xüsusiyyətlərə sahibdirlər. Həyatdakı çətinliklərə qarşı dözümlü və səbirli davranaraq uğura…

Read More
Cəmiyyət 

Gecələr püstə yeyənlər bu xəstəliyə tutulmur

Gecələr püstə yemək diabetin inkişafını ləngidə bilər. Püstənin axşam saatlarında müntəzəm istehlakı karbohidrat mübadiləsi pozğunluğu olan insanların bağırsaqlarının sağlamlığına və maddələr mübadiləsinə faydalı təsir göstərir. Bu barədə Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları bildirib. Onların əldə etdiyi nəticələr “Current Developments in Nutrition” jurnalında dərc olunub. Tədqiqatda prediabetli 51 yetkin şəxs iştirak edib. 12 həftəlik iki dövr ərzində iştirakçılar növbə ilə karbohidratlı qəlyanaltı (15-30 qram) və ya 57 qram püstəni axşam pəhrizlərinə daxil ediblər. Hər bir mərhələnin sonunda onların bağırsaq mikrobiomunun tərkibi təhlil edilib. Məlum olub ki, püstə yemək bağırsaq mikroflorasının tərkibini xeyli…

Read More
Cəmiyyət 

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! – Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır. Rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-a verdiyi açıqlamada bildirib ki, isti hava və günəş altında qalmaq orqanizmdə şəkərin səviyyəsini həm yüksəldə, həm də kəskin şəkildə endirə bilər. Həkim izah edir ki, yüksək temperatur şəraitində insan orqanizmində kapilyarlar genişlənir, nəticədə də insulin daha sürətli ifraz olunur. Bu vəziyyət xüsusilə insulin qəbul edən xəstələrdə hipoqlikemiya (şəkərin kəskin düşməsi) riskini artırır. Eyni zamanda, istidə orqanizmin susuz qalması (dehidratasiya) bəzi hallarda şəkərin səviyyəsinin 15-20 mmol/l-ə qədər qalxmasına səbəb ola bilər. Əlavə təhlükə isə ondan ibarətdir ki,…

Read More