Gündəm 

Taleh Şahsuvarlı İTV-nin baş direktor vəzifəsinə namizəd oldu

Bu gün İctimai Televiziyanın baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə rəsmi müraciət qeydə alınıb.

Arantv.az Manset.az-a istinadla xəbər verir ki, AzNews.az analitik-informasiya portalının baş redaktoru, hüquqşünas Taleh Şahsuvarlı bununla bağlı öz sənədlərini Audiovizual Şuraya təqdim edib.

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunda anadan olub. BDU-da fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi magistr pillələrində, həmçinin Hüquq fakültəsində təhsil alıb. Azərbaycan mətbuatı tarixində ən gənc baş redaktor olub. İkinci Qarabağ savaşının veteranıdır və 2025-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Taleh Şahsuvarlı qeyd edir ki, İctimai yayımçı cəmiyyətin real tribunası olmalıdır.

Daha çox xəbərlər