Cəmiyyət 

İclas o qədər maraqsızdır ki… – Fotolar

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir. “Qafqazinfo” xəbər verir ki, bugünkü iclasın gündəliyinə iki məsələ – Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib. Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edirlər. Toplantıda illik hesabat çıxışları səsləndirilir, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılır. Maraqlı məqam isə…

Read More
Cəmiyyət 

Su sayğacları dəyişdirilir – RƏSMİ

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na görə Azərbaycanda 245 min su sayğacı dəyişdiriləcək. Belə ki, 2026−2030-cu illərdə 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır. Bəs hazırda quraşdırılan ümumi sayğac sayı nə qədərdir? Su sayğaclarının nə qədəri mexaniki, nə qədəri smartdır? Dövlət Proqramında nəzərdə tutulan illər ərzində hamısının smart və ya mexaniki olması nəzərdə tutulurmu? Musavat.com xəbər verir ki,…

Read More
Cəmiyyət 

Valideynlərin nəzərinə: Bu gün saat 15:00-dan…

Bu gün saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Musavat.com xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qruplarını və 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Read More
Cəmiyyət 

Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı oldu – FOTO

Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib. Publika.az xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb. Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən “Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir. Z.Əzizov…

Read More
Cəmiyyət 

“Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib

Fevralın 24-də Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib. “İki sahil” xəbər verir ki, xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub. Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib. Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb. “İki sahil” xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub. Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Read More
Cəmiyyət 

Bakıdan Laçına ilk avtobus yola düşdü – FOTO

Bu gündən fəaliyyətə başlayan Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir. Musavat.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib. Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 manat müəyyən edilib. Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının evində – FOTOLAR

Fevralın 24-ü Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib. Musavat.com xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub. Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlət başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla…

Read More
Cəmiyyət 

Sabah bu yollar bağlanacaq – Sürücülərə XƏBƏRDARLIQ

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Musavat.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək. “Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”,…

Read More
Cəmiyyət 

Bir ay davam edən orucluq zamanı ORQANİZMDƏ NƏLƏR BAŞ VERİR?

Milyonlarla Müsəlmanın oruc tutduğu Ramazan ayında bu ibadətin orqanizmə təsiri yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bildiriblər ki, 30 gün davam edən oruc rejimi bədəndə mərhələli şəkildə dəyişikliklər yaradır və xüsusilə ilk həftədən sonra adaptasiya prosesi daha aydın hiss olunur. İlk günlər ən çətin mərhələdir “BBC Türkçe”nin mövzu ilə bağlı məlumatına görə, insan orqanizmi son qidadan təxminən 8 saat sonra aclıq rejiminə keçdiyini “dərk edir”. Bu mərhələdə bağırsaqlar qəbul edilən qidaları tam həzm etdikdən sonra orqanizm öz enerji ehtiyacını ödəmək üçün qaraciyər və əzələlərdə toplanmış qlükozadan istifadə etməyə başlayır. Qlükoza ehtiyatı…

Read More