Cəmiyyət 

Daha bir rayonda ehsan ləğv olundu

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub. Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib. Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb./Yeni Sabah

Read More
Cəmiyyət 

Sahil Babayev yeni qərar imzaladı

Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət debitor borcları və ticarət kreditor borcları barədə proqnoz məlumatları, kapitalda dəyişikliklər haqqında hesabat təqdim edəcəklər. Maliyyə Nazirliyinin Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə…

Read More
Cəmiyyət 

Qarın yağması insanları NİYƏ XOŞBƏXT EDİR?

Psixoloqlar açıqlayır: Qar yağarkən hiss edilən sakitlik təsadüfi deyil Qar yağması bir çox insanlar üçün sadəcə mövsümi təbiət hadisəsi deyil, eyni zamanda, emosional təcrübə kimi qiymətləndirilir. Küçələrin səssizləşməsi, şəhərin ritminin yavaşlaması və ətrafın ağ örtüyə bürünməsi gündəlik qayğılardan qısamüddətli də olsa uzaqlaşmağa imkan yaradır. Mütəxəssislər bildiriblər ki, qar dənələrini izləyərkən yaranan rahatlıq hissinin psixoloji izahı var. Psixoloq Ketrin Hallisi qeyd edib ki, bu hiss beynin işləmə mexanizmi ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, insan özünü isti və təhlükəsiz mühitdə hiss etdiyi zaman qar yağışını izləmək son dərəcə sakitləşdirici təsir göstərir.…

Read More
Cəmiyyət 

Amnistiya aktı 18 355 nəfərə şamil edilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 18 355 nəfərə şamil edilib. Bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda bildirib. Məlumata görə, onlardan 5 638 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad edilənlərdir. Onların 572 nəfəri Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qadınlar, əlillər və 18 yaşına çatmayanlardır. 96 nəfəri böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min…

Read More
Cəmiyyət 

Güllələnən müəllim “İdrak” liseyinə qayıdır

“İdrak” liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı xəsarət alan müəllim Şəhla Kamilova ilə bağlı yeni xəbər var. Məlumata görə, müəllimin səhhətində müsbət irəliləyiş müşahidə olunur. Ehtimallara əsasən, Ş.Kamilova müalicə prosesi başa çatdıqdan sonra yenidən işinin başına qayıdacaq. Onun qarşıdakı 6 ay ərzində boyun nahiyəsində gipslə müalicə alacağı bildirilir. Müəllimin növbəti tədris ilində yenidən “İdrak” liseyində tədrisə başlayacağı bildirilir. Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib. Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş…

Read More
Cəmiyyət 

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilaxır çərşənbələrdən birincisi – Su çərşənbəsi qeyd edilir. Musavat.com xəbər verir ki, Su çərşənbəsi ilə xalqımız Novruz bayramına hazırlıqlara rəsmi şəkildə başlayır. Xalq inanclarına görə, aləmin yaradılışında su ilkin ünsür hesab olunduğuna görə ilk çərşənbə də məhz suya həsr olunur. Ənənəyə əsasən, bu gün suyun “oyandığı”, təbiətin canlanmağa başladığı gün kimi qəbul edilir. Qədim inanclarda səhər tezdən – dan yeri sökülməmiş axar sudan götürülən “təzə su”nun şəfa gətirdiyinə inanılır. İnsanlar həmin su ilə yuyunur, bir-birinə səpir, paklanma və yenilənmə rəmzi kimi qəbul edirlər. Su çərşənbəsi həm də…

Read More
Cəmiyyət 

11 ay içki içib, Ramazanda oruc tutmaq… — İslam nə deyir?

Azərbaycanda Ramazan ayında maraqlı və müzakirə doğuran bir mənzərə ortaya çıxır. İlin digər dövrlərində spirtli içki qəbul edən bəzi şəxslər məhz bu ayda içkidən imtina edir və oruc tutur. Bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. Bir qrup bunu müsbət addım və mənəvi dönüş kimi qiymətləndirir. Digərləri isə belə davranışın səmimiliyini sual altına alır. Nəticədə ibadətin mahiyyəti və qəbul olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu yanaşmalar dini baxımdan da müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Ramazan ayında həmişə bu mövzuda ifrat və təfrit yanaşmalar tez-tez…

Read More
Cəmiyyət 

Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət müraciət edib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Nazirlik Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır: – bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı; – tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı; – tonqal üzərindən atılarkən ehtiyatlı olmalı; – tonqal tam sönənədək nəzarətdə saxlanılmalı; – süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Read More
Cəmiyyət 

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır. Beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir. Novruz bayramı axşamı isə martın 20-sidir. Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən – su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd…

Read More
Cəmiyyət 

DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib. Bu barədə Musavat.com-a DYP-dən məlumat verilib. Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır. Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki,…

Read More