Cəmiyyət 

Güllələnən müəllimin son durumu açıqlandı

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Read More
Cəmiyyət 

Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək

Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşım edib. Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Mərhunun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir. Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib. Allah rəhmət eləsin!

Read More
Cəmiyyət 

BDYPİ-dən sürücülərə müraciət: Ehtiyatlı olun!

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Musavat.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. “Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər”, – müraciətdə bildirilib.

Read More
Cəmiyyət 

Toyuq əti bahalaşacaq? – Video

Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15% artırmasından sonra ölkənin Ticarət Nazirliyi sabahdan etibarən toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb. Bəs bu qadağa Azərbaycanda toyuq ətinin qiymətlərinə təsir edəcəkmi? Publika.az Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, narahatlığa heç bir əsas yoxdur. Onun sözlərinə görə, Türkiyədən gələn quş əti ölkədə qiymətləri artıracaq dərəcədə çox deyil. Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də “Xəzər Xəbər”ə bildirdi ki, Türkiyədəki bu məhduydiyyətin ölkə bazarına təsiri gözlənilmir. Sədr bildirdi ki, anbarlarda kifayət qədər toyuq…

Read More
Cəmiyyət 

Uşaqlara TƏHLÜKƏ saçan “Roblox” – Ombudsmandan NARAHATLIQ

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva bəyanat yayıb. Bəyanatda deyilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatlıq doğurur. Ombudsman qeyd edib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı sayta təsdiq edib. Musavat.com qeyd edir ki, Fəzail Ağamalı xalq hərəkatının tanınmış simalarından olub, dövlət müstəqilliyimiz əldə olunandan sonra Ana Vətən Partiyasını yaradıb. Əbülfəz Elçibəyin prezidentliyi dövründə sosial təminat naziri vəzifəsini tutub. Allah rəhmət eləsin!

Read More
Cəmiyyət 

Bu şəxslərin maaşları ARTIRILACAQ

“Əmək Məcəlləsi”nə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bununla bağlı, Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq: “Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək. Minimum əmək haqqı məbləğinə baxılması daha kimlərin maaşlarını artıracaq? Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları…

Read More
Cəmiyyət 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kimi orduda xidmət edib. O, Vətən müharibəsinin ilk günündə Talış-Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Read More
Cəmiyyət 

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİAFOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub ki, şagird riyaziyyat müəllimi Şəhla Kamilovanı qısqanclıq zəminində güllələyib. Musavat.com məsələ ilə bağlı portalın əməkdaşıyla əlaqə saxlayıb. Saytımıza məlumatın doğru və onlara aid olduğu təsdiqlənib. Şahanə Rəhimli Musavat.com

Read More