Cəmiyyət 

Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb

Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır. Bu barədə Musavat.com-a AQTA-dan məlumat verilib. Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciət olunub. “Onlardan nümunələr götürülüb, vəziyyətləri stabildir. Hazırda araşdırmalar davam edir”, – qurumdan qeyd olunub. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur…

Read More
Cəmiyyət 

Psixopatların əli silaha asan çatanda…

Bir faciəvi hadisə baş verəndən sonra hamımız ağıllı oluruq. Hadisənin təfərrüatlarını öyrəndikcə, onun ağır nəticəsinin səbəblərinə dair müxtəlif mülahizələr yürüdürük. Ayrıca, “necə olsaydı, faciədən qaçmaq olardı”, “elə olmasaydı, belə olmazdı” tipli söhbətlər ortalığı basır. Bir şagirdin məktəbə silahla gəlməsi, müəlliminə və ya şagird yoldaşlarına güllə atması fors-major haldır. Bu rutin hadisə deyil, gözlənilməz olaydır və buna qarşı öncədən xüsusi tədbir görülməsi çətindir. Məşhur ifadə ilə desək, “kimin ağlına gələrdi ki, o, belə edəcək”. İndiyədək ölkəmizə şagirdin məktəbə silahla gəlməsi, kiməsə atəş açması halı olmayıb. Belə hadisələr, ABŞ-də, Avropa ölkələrində vaxtaşırı…

Read More
Cəmiyyət 

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

Əgər baş ağrısından və ya əhval-ruhiyyəmizin pisləşməsindən əziyyət çəkiriksə, bu, mütləq maqnit qasırğalarından qaynaqlanır. Axı, biz belə düşünməyə öyrəşmişik. Bəs bu nə dərəcədə elmi cəhətdən əsaslandırılıb, ümumiyyətlə, baş ağrılarının kosmosla əlaqəsi varmı? Gəlin maqnit qasırğalarının nə olduğunu araşdıraq. Bunlar Yer kürəsinin maqnit sahəsinin qəfildən normal tarazlığından çıxdığı dövrlərdir. Bu “titrəmələr” bir neçə saatdan bir neçə günə qədər davam edə bilər və birbaşa kosmik hava, günəş partlayışları və planetimizə çatan və onun maqnit balansına müdaxilə edən enerji emissiyaları ilə əlaqəlidir. Son illərdə biz bu prinsipə öyrəşmişik: başınız ağrıyırsa, maqnit qasırğası gözləyin.…

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar. “İki sahil” xəbər verir ki, onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub. Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib. Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim…

Read More
Cəmiyyət 

Fevralın 9‑da bu bayram qeyd olunur

Azərbaycanda fevralın 9‑u Xıdır Nəbi bayramı qeyd olunur. “Xıdır Nəbi” bayramı xalqın qədim adət‑ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimidir. Bayram adətən fevralın 9‑u və 10‑u, bəzi yerlərdə isə fevralın 14‑ü və 15‑i — Xızır İlyasın doğulduğu gün qeyd olunur. Bu dövr həmçinin fevralın 1‑dən 20‑yə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir. Bayram xalq arasında Xıdır Nəbi, Xızır İlyas, Xızır və Xıdır kimi mifik obraz adları ilə bağlıdır. İnanca görə, Xızır çətin anlarda insanlara kömək edən himayəçi obrazdır və bayram zamanı insanlar bolluq, bərəkət və ruzi arzulayırlar. Ənənəyə…

Read More
Cəmiyyət 

Tibbi-meteoroloji proqnoz açıqlandı

Fevralın 8-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Read More