Cəmiyyət 

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

  Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub. “İki sahil” xəbər verir ki, bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir. Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi. Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək. Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

Read More
Cəmiyyət 

“Buradan neçə yetimin çörəyi çıxır?” – yas biznesi ətrafında qalmaqal – REPORTAJ

“Burada neçə yetimin çörəyi çıxır” Ölkənin rayonların əksəriyyətində yas mərasimlərində artıq yalnız çay süfrəsi açılır, mərasimlər əsasən həyətlərdə qurulan çadırlarda keçirilir. Bu yanaşma həm israfçılığın qarşısını alır, həm də ailələrin maddi yükünü azaldır. Bakıda isə bu ənənə hələ formalaşmayıb, yas mərasimlərində geniş ehsan süfrələri davam edir. Sual doğuran məqam odur ki, paytaxtda bu qadağa niyə effektiv işləmir? Buna mərasim evləri mane olur, yoxsa mərhumun yaxınları sosial təzyiq səbəbindən sadə ehsan süfrəsi təşkil etmirlər? Bu yaxınlarda Tərtərdə bir yas məclisində ehsan süfrəsində hətta kababın verilməsi də böyük rezonans doğurmuşdu. Ümumi narazılıq…

Read More
Cəmiyyət 

Yevlaxda qeyri-adi toy – Bəyə toy etdikdən sonra gəlini tapdılar – VİDEO

Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb. Musavat.com Bizim.Media-ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən toy məclisində gəlin iştirak etməyib. Ailənin sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib. Belə ki, gəlin öz toy məclisini canlı bağlantı vasitəsilə izləyib. Maraqlıdır gəlin toya niyə gələ bilməyib? Bəyin atası Şirin Şirinov bildirib ki, oğluna təklif edib ki, gəlinsiz toy etsinlər: “Təxminən 5-6 ay əvvəl oğluma dedim ki, kimi göstəririksə istəmirsən, gəl sənin toyunu edim sonra qız nə vaxt tapsan evlənərsən. Bu sözümə güldülər. Aradan bir müddət keçdi, gəldi ki, ata sən düz deyirsən,…

Read More
Cəmiyyət 

Antibiotiklər uşaqlarda hansı hallarda qadağandır? – AÇIQLAMA

Antibiotiklər tibbin ən böyük nailiyyətlərindən biri sayılsa da, onlardan düzgün istifadə edilməməsi, xüsusilə uşaqlarda ciddi problemlərə yol aça bilər. Milli.Az xəbər verir ki, bu barədə pediatr Aynur Adıgözəlova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində danışıb. Həkimin sözlərinə görə, bəzi valideynlər uşağın tez sağalacağını düşünərək ilkin xəstəlik əlamətlərində həkimə müraciət etmədən antibiotik verməyə üstünlük verirlər. Bu yanaşma isə ən ciddi problemlərdən biri olan antibiotiklərə qarşı davamlılığın yaranmasına səbəb olur. Lazımsız və ya düzgün dozada istifadə edilməyən antibiotiklər bakteriyaların həmin dərmanlara uyğunlaşmasına gətirib çıxarır və gələcəkdə real ehtiyac yarandıqda müalicə effekt…

Read More
Cəmiyyət 

Horovluya növbəti köç karvanı yola salındı

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Musavat.com xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar. Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Read More
Cəmiyyət 

Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır – AQTA

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. “İki sahil” xəbər verir ki, məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb. Aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib. Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Read More
Cəmiyyət 

Nazir Niyammədin Musayevin qızını işdən çıxardı

Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib. Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən Manset.az-a təsdiqləyiblər.

Read More
Cəmiyyət 

Bayram günü olsa da, işləyəcəyik

Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir. Bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib. Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır. O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun…

Read More
Cəmiyyət İSLAM 

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq. Musavat.com xəbər verir ki, müqəddəs Ramazan ayı təxminən 18 fevral 2026‑cı il axşamdan başlayacaq, ilk oruc isə fevralın 19-u, ayın görünməsinə əsasən başlayacaq. Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir. Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək. Xatırladaq ki, 2025-ci ildə Ramazan ayı martın 1-də başlamışdı.

Read More
Cəmiyyət 

Nazirlik qərarını verdi: Bu şəxslər vəzifəsini itirdi

Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, qəbul edilən qərar nəticəsində dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələr yaradılıb. Həmin qərar nəticəsində işini itirən bəzi şəxslərin siyahısını təqdim edirik. Azərbaycan Dövlət Akademik Dram Teatrı – Bədii rəhbər, baş rejissor Mehriban Ələkbərzadə, baş rəssam Nazim Bəykişiyev Dövlət Akademik Musiqili Teatrı – baş rejissor Cavid İmamverdiyev, baş rəssam Vüsal Rəhimov Dövlət…

Read More