Cəmiyyət 

2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq – SİYAHI

Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları ilk növbədə qeyri-yaşayış obyektlərinə tətbiq…

Read More
Cəmiyyət 

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI

A SƏHİFƏ ARXİV QƏZET  ilin dekabr ayının 25-nə qədər Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri bölməsinin iclasında məlumat verib. Onun sözlərinə görə, sözügedən dövrdə Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkan qeydə alınıb: “Onlardan 75-i maqnitudası 3-dən yuxarı olanlardır. Seysmik stansiyalar tərəfindən isə il ərzində 2400 yeraltı partlayış qeydə alınıb”.

Read More
Cəmiyyət 

Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. “İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bu maddi yardım da dekabrın 30-dək ödəniləcək. Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da digər…

Read More
Cəmiyyət 

İqor Kşnyakinin qızından TƏSİRLİ SÖZLƏR: “Uçuşdan bir gün əvvəl…”

“Bizim belə bir adətimiz vardı: axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı”. Musavat.com xəbər verir ki, bunu pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib. O bildirib ki, uçuşdan bir gün əvvəl atam Qroznıya uçacağını bilirdi və buna görə də havaya baxıb: “Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq o, gəlmədi”. Şahanə RəhimliMusavat.com

Read More
Cəmiyyət 

Hökumənin anası hər kəsi AĞLATDI: “Qardaşının balaca övladı ilə…”

“Uçuşa çıxmazdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca övladı ilə danışdı. Amma səhəri günü uçuşun olacağını bizə demədi”. Musavat.com xəbər verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva deyib. O bildirib ki, səhəri günü faciə xəbəri alıblar: “Bu, ən ağır xəbər idi. Balamın ölüm xəbərini eşitmək qəbuledilməz idi”. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar. “İki sahil” xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər. Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər. Leyla Əliyeva, Arzu Əliyeva və…

Read More
Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

Dekabrın 24-də “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar. Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub. Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr…

Read More
Cəmiyyət 

Uşaqlar zərərli informasiyadan necə qorunmalı?

Elnur Rüstəmov: Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət, düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır və cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik Müasir dövrdə internetin və rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi risklər də formalaşdırır. Ekspertlər bildirirlər ki, nəzarətsiz informasiya axını uşaqların psixoloji, mənəvi və sosial inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün prioritet məsələlərdən biri hesab olunur. Zərərli informasiya anlayışına zorakılığı, aqressiyanı, yaşa uyğun olmayan məzmunu, eləcə də yanlış və…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. “İki sahil” xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə – 83 nəfər, Xanyurdu kəndinə 12 ailə – 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə – 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə – 147 nəfər köçürülüb. Doğma yurdlarına…

Read More
Cəmiyyət 

İkinci Fəxri Xiyabanda AZAL ekipajının xatirəsi anılır

Bu gün İkinci Fəxri Xiyabanda AZAL-ın təyyarəsinin Aktau yaxınlığında baş verən qəzada həlak olmuş ekipajının xatirəsi yad edilir. Musavat.com xəbər verir ki, tədbirdə mərhumların yaxınları, ailə üzvləri və iş yoldaşları iştirak edir. Anım mərasimində ekipaj üzvlərinin peşəkarlığı, vətənpərvərliyi və əməyi xatırlanıb. İştirakçılar mərhumların xatirəsini ehtiramla anaraq, ailələrinə səbr və dəstək ifadə ediblər. Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj…

Read More