Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqlar zərərli informasiyadan necə qorunmalı?

By Vüsal Rafiqoğlu
25.12.2025 3 Min Read

Elnur Rüstəmov: Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət, düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır və cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik

Müasir dövrdə internetin və rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi risklər də formalaşdırır. Ekspertlər bildirirlər ki, nəzarətsiz informasiya axını uşaqların psixoloji, mənəvi və sosial inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün prioritet məsələlərdən biri hesab olunur. Zərərli informasiya anlayışına zorakılığı, aqressiyanı, yaşa uyğun olmayan məzmunu, eləcə də yanlış və manipulyativ məlumatları təbliğ edən materiallar daxildir. Belə informasiyalar uşaqlarda qorxu, stress, davranış pozuntuları və yanlış dəyərlərin formalaşmasına səbəb ola bilər.

Qanunvericilik səviyyəsində də bu istiqamətdə mühüm addımlar atılır. Aidiyyəti qurumlar uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər tətbiq edir, valideyn nəzarətinin gücləndirilməsi, yaş məhdudiyyətlərinin tətbiqi və təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki,  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndində uşaqların yaşına uyğun informasiya əldə etmək hüququ öz əksini tapıb.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir dövrdə uşaqların informasiya mühiti köklü şəkildə dəyişib: “Əgər əvvəllər uşağın qarşılaşdığı məzmun daha çox ailə, məktəb və yaxın sosial mühitlə məhdudlaşırdısa, bu gün internet, sosial şəbəkələr, video-oyunlar və rəqəmsal platformalar vasitəsilə uşaqlar nəzarətsiz və filtrsiz informasiyaya çox asan çıxış əldə edirlər. Bu isə valideynlər və cəmiyyət üçün yeni və ciddi psixoloji risklər yaradır.

Zərərli məzmun dedikdə təkcə zorakılıq və ya etik normalara zidd görüntülər nəzərdə tutulmur. Uşaqlar üçün uyğun olmayan davranış modelləri, aqressiyanı normallaşdıran oyunlar, mərclərə təşviq edən reklamlar, qorxulu qəhrəman obrazları, qeyri-real həyat standartları və manipulyativ mesajlar da uşağın psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Xüsusilə erkən və orta yaş dövründə olan uşaqlar bu cür məzmunu tənqidi süzgəcdən keçirə bilmədikləri üçün onu real həyat davranışı kimi qəbul edə bilirlər. Psixoloji baxımdan bu təsirlərin nəticəsi müxtəlif formalarda özünü göstərir. Uşaqlarda aqressiv davranışların artması, empatiya hissinin zəifləməsi, qorxu və həyəcan pozuntuları (anksiyete), diqqət dağınıqlığı, asılılıq meyilləri və sosial münasibətlərdə çətinliklər müşahidə oluna bilər. Xüsusilə zorakılıq ehtiva edən video-oyunlar və videolar uşağın beyin fəaliyyətində təhlükəni adi hala çevirir, emosional həssaslığı azaldır və problemlərə düzgün reaksiya vermə qabiliyyətini zəiflədir. Bu, gələcəkdə davranış pozuntusu problemlərinin əsasını qoya bilər.”

Elnur Rüstəmovun sözlərinə görə, uşaqları bu cür zərərli informasiyalardan qorumağın əsas yükü ilk növbədə valideynlərin üzərinə düşür. Amma bu qoruma qadağa və cəza üzərində qurulmamalıdır: “Təcrübə göstərir ki, qadağalar uşağın marağını daha da artırır və qadağaları valideyndən gizli şəkildə icra etmək davranışını formalaşdırır. Ən effektiv yol valideynin uşağın rəqəmsal dünyasında müşahidəçi deyil, iştirakçı olmasıdır. Valideyn uşağın hansı oyunları oynadığını, hansı videolara baxdığını, hansı platformalarda vaxt keçirdiyini bilməli, eyni zamanda, bu məzmunların uşağın yaşına, emosional inkişafına uyğun olub-olmadığını dəyərləndirməlidir. Bununla yanaşı, valideyn-uşaq münasibətlərində açıq və etibarlı ünsiyyət mühitinin qurulması çox vacibdir. Uşağın izlədiyi və ya oynadığı məzmunlar onun üçün zərərlidirsə onu danlamaq yox, izah etmək, təhlükəli məqamları anlayışlı dillə başa salmaq lazımdır. Uşağa real həyatla virtual dünyanın fərqləri başa salınmalı, gördüyü hər davranışın doğru olmadığı, həmin davranışların xoşagəlməz nəticələri ola biləcəyi izah edilməlidir. Bu, uşağın tənqidi düşünmə bacarığını formalaşdırır və onun gələcəkdə özünü qoruya bilməsində effektiv rol oynayır.”

Həmsöhbətimiz texniki imkanlardan düzgün istifadənin də vacib məqam olduğunu vurğuladı: “Valideynlərin nəzarət mexanizmləri, yaşa uyğun filtr proqramları və ekran arxasında keçirilən vaxtın məhdudlaşdırılması qoruyucu vasitə kimi istifadə oluna bilər. Amma bunlar psixoloji maarifləndirməni əvəz etmir, yalnız tamamlayıcı rol oynayır. Əsas məqsəd uşağın daxili təhlükəsizlik mexanizmini formalaşdırmaqdır. Burada məktəbin, müəllimlərin və mütəxəssislərin rolu da xüsusi qeyd olunmalıdır. Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət və düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır. Cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik. Çünki psixoloji zədələr görünməsə də, uzunmüddətli və dərin izlər buraxa bilir. Bu səbəbdən də uşaqları zərərli məzmundan qorumaq ailə, təhsil sistemi və cəmiyyətin birgə məsuliyyətidir. Valideyn diqqətli, məlumatlı və emosional olaraq uşağına yaxın olduqda uşaq da zərərli təsirlərə qarşı daha güclü psixoloji immunitet qazanır. Ən güclü qoruma isə nəzarətdən çox düzgün yönləndirmə və sağlam münasibət üzərində qurulan valideynlik modelidir.”

Şahnigar Əhmədova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qalib Lider

Next

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

Xəbər lenti

  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv