Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir. Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirilir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan generalları komandoların sərt qış şəraitində hazırlığını izləyib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları onlara çatdırıb, müvafiq göstərişlər verib. Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb. Məruzə olunub ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və çətin şəraitdə tapşırıqları yerinə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyindən əsgər valideynlərinə ÇAĞIRIŞ

“Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. “Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 32 il ötür

Bu gün Qaradağlı faciəsindən 32 il ötür. ARANTV.AZ xatırladır ki, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi olub. Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşib. 1988-ci ildə Qarabağda erməni separatçılarının baş qaldırdığı…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyatla bağlı saziş imzalamağa hazırlaşır

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyatla bağlı saziş imzalamağa hazırlaşır. ARANTV.AZ xəbər verir ki, razılaşma layihəsi Qazaxıstanın normativ hüquqi akt layihələri hökumət portalında dərc edilib. Layihə əsasən, iki ölkə müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini imzalamağa hazırlaşır. “Qazaxıstan hökuməti Qazaxıstanla Azərbaycan hökuməti arasında “müdafiə sektorunda hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinin təsdiq edilməsi haqqında qərar qəbul etsin”, – layihədə qeyd olunub. Həmçinin bildirilib ki, sazişin həyata keçirilməsi üçün Qazaxıstan büdcəsində Müdafiə Nazirliyinə ayrılan vəsaitin bir hissəsi nəzərdə tutulub. Ölkələr aşağıdakı formalarda əməkdaşlıq edəcəklər: Səlahiyyətli orqan rəhbərlərinin rəsmi səfərləri…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanla Türkiyə arasında hərbi kadr hazırlığı sahəsində əməkdaşlıq müzakirə olunub – FOTO

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib. Ulu öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Rusiyadakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada iclasda iştirak ediblər – FOTO

Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda iclasın gedişi və…

Read More
Cəbhədən Xəbər 

Erməni deputatdan ETİRAF: “Birinci qanun pozuntusu bizim tərəfimizdən olub”

“Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə gəlincə, ilk növbədə hər şeyə aydınlıq gətirilməlidir. Bildiyimə görə, günah bizdə olub”. Bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib. A.Aslanyan əlavə edib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb. “Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub”, – deyə o qeyd edib. Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Özbəkistanda təlimdə iştirak edirlər – VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Özbəkistan Müdafiə Nazirliyinin “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər. “Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Read More