Cəbhədən Xəbər 

Andiçmə mərasiminə valideynlər buraxılmayacaqlar – RƏSMİ

Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır: “Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur. Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir,…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə erməni təxribatının qarşısı alındı – RƏSMİ

Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.

Read More
Cəbhədən Xəbər 

“Qisas əməliyyatı”ndan sonra Ermənistan Baş Qərargah rəisinin birinci müavini işdən çıxarıldı

Şərti sərhəddə yaranan gərginlik fonunda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts işdən çıxarılıb. Qeyd olunur ki, prezident Vaaqn Xaçaturyan Ermənistan Müdafiə Nazirliyinin V.Sarkisyan adına Hərbi Universitetinin rəhbəri Artur Yeroyanı tutduğu vəzifədən azad edərək Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edib. Xatırladaq ki, son günlər Ermənistan tərəfinin təxribatları nəticəsində şərti sərhəddə vəziyyət daha da gərginləşib. Ermənistan tərəfdən açılan atəş nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri yaralanıb. DSX-nin cavab olaraq həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan ordusunun 4 əsgəri məhv edilib, 1 əsgər isə yaralanıb. Mənbə: Erməni…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ermənistan səhra komandirlərinin itkinlərin dəfn yerlərinin axtarışına cəlb edilməsini zəruri sayır

“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. “Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan antiterror tədbirlərindən sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib – RƏSMİ

“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu kimi bu istiqamətdə səylərin birləşdirilməsini məqbul sayır”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı…

Read More
Cəbhədən Xəbər 

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib – FOTO

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri,…

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatında yaralanan əsgər: “Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb” – YENİLƏNİB + FOTO/VİDEO

“Hazırda özümü yaxşı hiss edirəm, sağalmağa çalışıram”. Bunu Oxu.Az-a açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. O bildirib ki, 8 aydır həqiqi hərbi xidmətdədir: “Eşitdiyimə görə, qarşımızda olan və mənə atəş açılan post darmadağın edilib. Bu, çox qürurvericidir. Azərbaycan Ordusu hər zaman öz hərbi qulluqçusunun yanında olub və olacaq. Ordumuz hər zaman öz hərbi qulluqçularının qisasını alıb və bu belə də olacaqdır”. Qeyd edək ki, P.Xəlilzadə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur. 11:10 “Sərhəd döyüş məntəqəmizdə iki…

Read More
Cəbhədən Xəbər 

“Qisas əməliyyatı” nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəfi öldürülən erməni hərbçilərin adlarını ictimailəşdirməyib. Məlumatda bildirilib ki, daha bir erməni əsgər isə yaralanıb. Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi. Mənbə: Erməni KİV

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatı zamanı yaralanan əsgər: “Xidmətimi davam etdirmək istəyirəm” – FOTO/VİDEO

“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postlarının müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”. Bunu APA-ya açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib: “Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”. Qeyd edək ki, Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim…

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatına cavab olaraq Azərbaycan “Qisas əməliyyatı” keçirdi

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Qeyd olunub ki, baş vermiş hadisəyə…

Read More