Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – RƏSMİ

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Read More
Cəbhədən Xəbər 

Zəngilan istiqamətində mövqelərimiz atəşə tutuldu: Hərbçimiz yaralandı – YENİLƏNİB + VİDEO

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik…

Read More
Cəbhədən Xəbər 

54 gün bayraqla düşmən mühasirəsində qalan Şakir İsgəndərov: “Əlimizdə qumbara saxlamışdıq ki…” – FOTO

“54 gün düşmən mühasirəsində qalsam da, nə bayrağımızı, nə də əlimdəki quran kitabını yerə qoydum. Əksinə bayrağı sinəmə sarıb, Allaha güvəndim, ondan kömək istədim. Arzu edirdim ki, həmin bayraqla kəndimizə gedim. Şükürlər olsun ki, o arzuma da çatdım”. Bunu “Moderator”a bayrağımızla 54 gün düşmən mühasirəsində qalan Şakir İsgəndərov deyib. “Laçına, doğma yurduma, Oğuldərə kəndimə, nəhayət ki, qovuşdum. Mühasirədə qaldığımız evi ziyarət etdik. İki dəfə getmişəm, 15 gün də qalmışam. Ata-ana mülküm ermənilər tərəfindən yararsız vəziyyətə düşüb. Çox istərdim ki, ömrümün qalan hissəsini öz vətənimdə keçirim. Hələ ki, daimi məskunlaşmağa icazə vermirlər, amma…

Read More
Cəbhədən Xəbər 

Ehtiyatda olan bir qrup hərbçi orduya ÇAĞIRILDI – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək. Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı,…

Read More
Cəbhədən Xəbər 

Ermənistan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair xəritələri Azərbaycana verib

Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir: “Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Naxçıvan MR-in 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirir – FOTO/VİDEO

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başçısı İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən danışıb. Ulu öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Türkiyədən aldığı “Akıncı” hücum PUA-sının TEXNİKİ GÖSTƏRİCİLƏRİ – VİDEO

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb. ARANTV.AZ  xəbər verir ki, həmin PUA-lar Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına qəbul edilib. Özünün ən müasir texniki göstəriciləri ilə seçilən və döyüş əməliyyatlarında effektivliyi ilə seçilən “Akıncı” PUA-ları Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilir. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. “Baykar”ın məhsulu olan “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir. Göyərtəsində üç…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum PUA-ları alıb

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb. ARANTV.AZ xəbər verir ki, həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib. Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Read More
Cəbhədən Xəbər 

Komando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələlərindən görüntülər – VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər. İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib. Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib. Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More