Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduda yeni tədris ilinin ilk dərs və məşğələləri keçirilir – FOTO/VİDEO

“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, dayanıqlı, fasiləsiz və operativ idarə olunmasının təmin edilməsi məqsədilə keçirilən dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.…

Read More
Cəbhədən Xəbər 

Mübariz İbrahimov məzarının başında hərbçi yoldaşları tərəfindən anıldı – FOTO/VİDEO

Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər. Anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və…

Read More
Cəbhədən Xəbər 

Minalar can almağa davam edir

Ermənistan günahsız azərbaycanlı mülki insanların yeraltı terror səbəbindən həlak olmasına görə məsuliyyət daşıyır Nəzərə alsaq ki, ərazilərimizin minalanması prosesi hələ Birinci Qarabağ müharibəsi dövründən başlayıb əminliklə, deyə, bilərik ki, bu   yeraltı terror vasitələrinin aşkarlanması, zərərsizləşdirilməsi də uzun illər çəkəcək. Bununla yanaşı, 2016-cı ildən etibarən intensivləşən hərbi proseslər Ermənistanın minalama işini daha da sürətləndirmişdir. İkinci Qarabağ müharibəsindən sonra aşkarlanan minaların 2021-ci ildə istehsal edilməsi onu göstərir ki, hayların bu terrorçu əməli sülh prosesi çərçivəsində də davam etmişdir. Təəssüf ki, danışıqlar çərçivəsində rəsmi İrəvan daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyib. Bu günə…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif Yusubov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Read More
Cəbhədən Xəbər 

Sülhə gedən yola döşənən minalar…

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yurdlarında dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Halbuki, Azərbaycan postmünaqişə dövründə Ermənistandan mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edib. Amma  sonradan bir qisim mina xəritələrini Azərbaycana verib ki,  onlarda dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır. Həmin  xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda onların…

Read More
Cəbhədən Xəbər 

Xocalıda artilleriya mərmiləri aşkar edilib – FOTO

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.  

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlılar xizək sürərək atəş açmaq vərdişlərini nümayiş etdirdilər – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və “yaralı”nın döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması,…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib – FOTO

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində görülən işlər plana uyğun davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və jurnallar oxuyurlar. Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, şəxsi…

Read More
Cəbhədən Xəbər 

Texnika və artilleriya qurğuları həyəcan siqnalı ilə döyüş tətbiqinə hazırlandı – Təlimdən VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

Read More