Cəbhədən Xəbər 

Ən güclü ordu bizim ordu!..

Artıq dünya hərb tarixində Azərbaycan Silahlı Qüvvələrinin də möhtəşəm imzası var Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. 44 günlük Vətən müharibəsində işğal altındakı 8 rayonumuzu,  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun generalları Türkiyədə – YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib. Azərbaycan və Türkiyənin ulu öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər. Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin…

Read More
Cəbhədən Xəbər 

Türkiyədə səfərdə olan Azərbaycan generalları Heydər Əliyevin abidəsini ziyarət ediblər – FOTO

Türkiyədə səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generalları Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, genarallar Heydər Əliyev parkında olub və ulu öndərin abidəsini ziyarət ediblər.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və s. bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir: “Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi heyətə milli, dadlı və yüksək…

Read More
Cəbhədən Xəbər 

Ordu generallarının Türkiyə səfəri: İki ölkə arasında hərbi əlaqələr yeni müstəviyə keçir – FOTO

Azərbaycan Ordusunun 6 generalının Ankaraya səfəri və Türkiyə milli müdafiə naziri Yaşar Gülərin onları qəbul etməsi iki qardaş ölkə arasındakı hərbi əlaqələrin yüksələn xətlə inkişafına bariz bir nümunədir. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. O bildirib ki, azərbaycanlı generallar İkinci Ordu Komandanlığını, Ankarada Milli Müdafiə Nazirliyini, Baş Qərargahı və Quru Qoşunları Komandanlığını, əməliyyat mərkəzlərini ziyarət ediblər, virtual olaraq sərhədlər, qurulan ağıllı hərbi postları müşahidə ediblər: “Bundan başqa Birinci Ordu Qərargahı, Əməliyyat Mərkəzləri və Müdafiə Sənayesi üçün Baykar Texnologiya Maşınlarının…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb – FOTO

Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.  

Read More
Cəbhədən Xəbər 

Ordumuzun bölmələri ilə məşğələlər keçirilir – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir. Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir. Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.

Read More
Cəbhədən Xəbər 

Mina xəritələri təhvil veriləcəkmi?..

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yurdlarında dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Halbuki, postmünaqişə dövründə Ermənistandan mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edib. Amma  sonradan bir qisim mina xəritələrini Azərbaycana verib ki,  onlarda dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır. Həmin  xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda onların sayının…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda ekstremal qartəmizləmə görüntüləri: Ekskavator görünməz oldu – FOTO/VİDEO

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi – FOTO

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib. Bunu Oxu.Az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.   “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək” , – deyə o bildirib.

Read More