Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib – FOTO/VİDEO
2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib. Toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.…
Read More