Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkisinin səsverməsində iştirak edə biləcəklər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, seçkinin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu prezident seçkisi səsverməsində ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici…
Read More