Cəbhədən Xəbər 

Şərti düşmənin hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir – VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Çətin relyefli, dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, eləcə də avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilən mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: “Cari ilin 12  yanvar tarixində, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin kədəriniz bizim də kədərimizdir. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik. Bu hadisə zamanı şəhid olmuş qəhrəman türkiyəli əsgərlərə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır – VİDEO

Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI – YENİLƏNİB

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Pravda.az istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslər barəsində məlumat əldə edib. Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndəriliblər. Ehtiyata göndərilən vəzifəli şəxslər arasında Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var. Bundan başqa, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıblar. Eyni zamanda,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.   Bu barədə Müdafiə Nazirliyindən bildirilib.   “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Read More
Cəbhədən Xəbər 

Komandirlər şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetiribVİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib. Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib. Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə…

Read More
Cəbhədən Xəbər 

Zəfər ruhlu müzəffər ordumuz, daim irəli!

Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əzmi , qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt, 2020-ci ilin Tovuz qələbələri ilə, nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərlə bütün dünyaya səs saldı. 2023-cü ildə isə cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi,  Xankəndidə bayrağımız əbədi dalğalandırıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz  ölkəmizdən sepratizmin kökünü kəsdi. Cinayətkarlar torpaqlarımızdan əbədi olaraq çıxarıldı. Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərdilər. Dövlət suverenliyinin tam bərqərar…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunur ki, plana müvafiq olaraq, cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib. 2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud…

Read More