Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduda tədbir keçirildi

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Hərbi kollektivdə münasibətlərin və fəaliyyətin psixologiyası, gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji adaptasiyası” mövsusunda tədbir keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Hərbi Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib. Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov, Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertiza bölməsinin rəisi Valeh Fərəcov, bölmənin böyük eksperti Fariz Səyyadov və Naxçıvan Dövlət Universitetinin Magistratura…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri: “Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb”

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin (MN) Kollegiya iclası keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra nazirliyin rəhbər heyəti…

Read More
Cəbhədən Xəbər 

Gücümüzün, ləyaqətimizin, qətiyyətimizin təntənəsi – Zəfər paradı

2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən, əvvəlkilərdən fərqli bu parad Silahlı Qüvvələrimizin qalibiyyət yürüşü kimi tarixə yazıldı İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra paytaxtın Azadlıq meydanında keçirilən Zəfər paradı Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, diplomatiyamızın, Silahlı Qüvvələrimizin rəşadətinin, xalqımızın milli ruhunun, qürurunun, həmrəyliyinin, müdafiə qüdrətimizin ifadəsi olmaqla, əsrlərdən bəri şüurları zəhərləyən daşnak ideologiyasının məhvi idi. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə düşünülmüş konsepsiya əsasında toplanılan güc, siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində qazanılan uğurlar, inkişaf edən iqtisadiyyat Ermənistanın yalançı təbliğatına son qoydu. Bu parad cənab…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış…

Read More
Cəbhədən Xəbər 

10 dekabr Zəfər paradı

Bu, dünyanın qüdrətli və qalib Azərbaycanı yenidən kəşf etdiyi möhtəşəm gün idi 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən  hərbi parad əvvəlkilərdən ona görə möhtəşəm idi ki, bu, bizim İkinci Qarabağ müharibəsindəki haqlı savaşımızın təntənəsi idi. Eyni zamanda, bu, ağır, lakin şərəfli döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzərək dünyanı heyrətləndirən Azərbaycan Ordusunun gücünün  nümayişi idi. Həmin gün ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının başını dik tutacağı, qürurla «Mən qalib xalqın övladıyam» deyəcəyi gün idi. Ali Baş Komandanmız İlham Əliyevin dediyi kimi: «Azadlıq meydanında paradlar çox keçirilib.…

Read More
Cəbhədən Xəbər 

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir – FOTO

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb. Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib. Sonra Müdafiə Nazirliyində görüş keçirilib. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz Türkiyədə təlimdə: Şərti dəniz minaları zərərsizləşdirildi – FOTO

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib. Bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, “C-130” tipli təyyarə ilə havadan dənizə şərti minalar düzülüb. Sonra dalğıclar həmin “mina”ları zərərsizləşdiriblər. Həmçinin, şərti əməliyyat zamanı “yaralanan” şəxsi heyətin təxliyəsi həyata keçirilib. Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malayziya, Pakistan və Oman hərbçiləri iştirak edirlər. Qeyd edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov misirli həmkarı ilə görüşdü – FOTO

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb. Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.  

Read More