Cəbhədən Xəbər 

HHQ-də buraxılış mərasimi keçirildi – FOTO

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində bu cür kursların keçirilməsinin əhəmiyyətindən danışıb, kursu bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub. Sonda şəxsi heyətin tribuna önündən…

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Ordusunda döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşıdan gələn soyuq qış aylarında da gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Qış mövsümündə çətin dağlıq şəraitdə, dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə döyüş növbətçiliyi aparan şəxsi heyətin uğurla xidmət…

Read More
Cəbhədən Xəbər 

ANAMA: “Dağıdılmış dəmir yolu xətləri və hissələri mina ilə ciddi şəkildə çirkləndirilib”

“Dağıdılmış dəmir yolu xətləri və hissələri minadan ciddi şəkildə çirkləndirilib”. Bu barədə ANAMA məlumat yayıb. “Bəzən insanlar cığırla və ya otluqla getməyi təhlükəli hesab edərək dəmiryol xətti boyunca hərəkət etməyə üstünlük verirlər. Lakin bu daha təhlükəli ola bilər. Unutmaq olmaz ki, dağıdılmış dəmiryolu xətləri və hissələri minadan ciddi şəkildə çirkləndirilmişdir”, – məlumatda deyilir.

Read More
Cəbhədən Xəbər 

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub. Azərbaycan və Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Xankəndidə hərbi texnikanın modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzi – VİDEO

Son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyəti əks etdirən video yayılıb. Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinqində bildirilib. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı qeyd edilib.  

Read More
Cəbhədən Xəbər 

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb – VİDEO

Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib. Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Kəlbəcərdə saxlanılan erməni diversant – Qaqik Aşoti Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu Ermənistan mövqelərinə atəş açmayıb

“Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yoxlayıb – FOTO/VİDEO

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib. General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib. Komanda-qərargah…

Read More