Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Özbəkistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki “Kattakurqan” poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf müzakirə olunub – FOTO

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Sonra özbəkistanlı nümayəndə heyəti  Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olublar. Hərbi İdarəetmə…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəhbər heyəti “Dubai Airshow 2023” sərgisində iştirak edir – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. “ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Pakistanın Aviasiya Kompleksinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb – FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov orada İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Ermənistan şərti sərhədində yanğın olub

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib. Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov BƏƏ-yə səfərə gedib

Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda 12 Noyabr – Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Çıxış edənlər müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni konstitusiyamızın qəbul edilməsinin tarixi əhəmiyyətindən ətraflı danışaraq bildiriblər ki, Ümummilli Liderin 6 fevral 1996-cı il sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Qəbul edilməsindən 28…

Read More