Cəbhədən Xəbər 

Ermənilər Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqedə silah-sursatı ataraq qaçıblar – VİDEO

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Silah-sursat həmin kəndin yaxınlığındakı döyüş mövqeyindən aşkarlanıb.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb. Həmçinin hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib – FOTO/VİDEO

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib. Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib. Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Read More
Cəbhədən Xəbər 

Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkar olunub – FOTO/VİDEO

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub. Yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.  

Read More