Cəbhədən Xəbər 

Azərbaycanın Qarabağ bölgəsində minalar zərərsizləşdirilir – FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayonunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb. Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi Xankəndi ilə bağlı yayılan iddiaları təkzib etdi

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə bəyanatda bildirilir.

Read More
Cəbhədən Xəbər 

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cənab Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə…

Read More
Cəbhədən Xəbər 

Erməni bloqer Azərbaycan Prezidentinə müraciət edib: “Separatçıların bütün nümayəndələri həbs edilsin”

Erməni bloqer Karen Şirinyan Azərbaycan Prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib. O bu barədə özünün “Facebook” səhifəsində yazıb. “Mən Azərbaycan liderindən yalnız bir şey xahiş edirəm: Qarabağın gərəksiz “prezidenti” və “nazir”ləri həbs edilsinlər və dinc sakinlər xilas olsunlar. Qarabağa vəba və milləti məhv edənlər lazım deyil”, – Karen Şirinyan yazıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar. Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Read More
Cəbhədən Xəbər 

MN: “Zod istiqamətində yerləşən mövqelərin atəşə tutulması barədə yayılan məlumat tamamilə yalandır”

Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Azərbaycan tərəfi bu gün Qarabağdakı separatçılara konkret siyahı təqdim edib və orada adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib. Bu barədə Ermənistanda dərc edilən “Hraparak” nəşrində xəbər verilib. Bildirilir ki, həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin və habelə I və II Qarabağ müharibələrində Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Ermənilər “faciə” uydurmaq cəhdlərindən əl çəkmirlər

Sentyabrın 20-də saat 14:30-da Azərbaycan Silahlı Qüvvələrinin guya Xocavənd istiqamətində atəş açması və dinc əhalinin əsir götürülməsi ilə bağlı erməni resurslarının yaydığı məlumat tamamilə yalandır. Azərbaycanın heç bir mənbəsi bununla yaxından-uzaqdan əlaqəsi olan heç bir məlumat verməyib. Belə görünür ki, ermənilər beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün “faciə” uydurmaq cəhdlərindən əl çəkmirlər. Mənbə: “Caliber” “Telegram” kanalı

Read More