Cəbhədən Xəbər 

Xocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı olub – FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu bitirən hərbi qulluqçuları salamlayaraq Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb. Qeyd edilib ki, ordumuzun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri də respublikamızın təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması,…

Read More
Cəbhədən Xəbər 

Təxribata hazırlaşan Ermənistan “fəaliyyəti”ni davam etdirir: Sərhədə doğru irəliləyən hərbi karvan – VİDEO

Ermənistan Azərbaycanla şərti sərhədə silah-sursat daşımağa davam edir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda hərbi karvanın Gorus istiqamətində irəlilədiyi müşahidə olunur. Həmin yük maşınları böyük ehtimalla canlı qüvvə daşıyır. Bu proses artıq bir neçə gündür davam edir. Davamlı olaraq Ermənistanın təxribatçı əməlləri barədə görüntülər yayılır. Həmin görüntüləri təqdim edirik:  

Read More
Cəbhədən Xəbər 

Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, müdafiə nazirinin müavini iranlı qonaqları salamlayaraq dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Baş direktor Birgə Komissiyanın ölkəmizdə keçirilən işçi görüşünün ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib. Sonra Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib – FOTO

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də…

Read More
Cəbhədən Xəbər 

İran nümayəndə heyəti Ermənistanın sabitliyə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə edib

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatçılığını ifadə edib.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb-VİDEO

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda HHM bölmələri zenit-raket komplekslərini işə saldı: Təlimlərdən VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub. Şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.

Read More