Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Read More
Cəbhədən Xəbər 

Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz hərbi daşımaları davam etdirirlər – VİDEO

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. Onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.  

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər icra olunub. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində “Agile Spirit 2023” çoxmillətli hərbi təlimində iştirak edirlər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər. Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib. Qeyd edək ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil olunur.  

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçularla maarifləndirici tədbirlər keçirilib – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi qulluqçuların və mülki işçilərin maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə görüşlər keçirib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən görüşlər zamanı “Ailə dəyərlərinin qorunması” və digər mövzularda fərdi və qrup şəklində ətraflı söhbətlər aparılıb, şəxsi heyətin qayğıları öyrənilib, onların həlli istiqamətində birgə səy göstərilməsinin əhəmiyyəti vurğulanıb. Həyata keçirilən maarifləndirmə tədbirlərində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.  

Read More
Cəbhədən Xəbər 

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

Laçın rayonunun Zabux kəndinə köç başlayır. “Report” xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək. Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park – 3”də, məktəbin qarşısında olacaq. Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

Avqustun 23-ü saat 2:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi qarşı tərəfin yalanını təkzib etdi

Avqustun 23-ü saat 1:05-dən 2:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə Azərbaycan MN-in bəyanatında bildirilir.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutulub

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Read More