Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində baş vermiş mina partlayışında üç hərbi qulluqçumuz xəsarət alıb – VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım…

Read More
Cəbhədən Xəbər 

MN: “Hərbçilərimiz Ermənistanda istehsal olunan minaya düşüblər” – FOTO/VİDEO

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib. Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib. Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.      …

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən  “Vertolyotların əməliyyatlarda istifadəsi” mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub. Daha sonra sindikatlar…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir” – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub. Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda…

Read More
Cəbhədən Xəbər 

Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Ramazan bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Sağ orta beyin arteriyasının trombozu nəticəsində işemik insult, birincili trombofiliya, serebral koma tərəqqi edən poliorqan çatışmazlığı” diaqnozu ilə uzun müddət müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Pənah Pərviz oğlu vəfat edib. “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib. Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib. İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri qazaxıstanlı həmkarı ilə görüşüb – YENİLƏNİB + FOTO

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.   13:42 Azərbaycan Respublikasının…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.  

Read More
Cəbhədən Xəbər 

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə nazirlikdən bildirilib. Qeyd edilib ki, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib. Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər. Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.

Read More