Cəbhədən Xəbər 

“ADEX-2022” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin ikinci günü – FOTO

Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bu gün də öz fəaliyyətini davam etdirir. ARANTV .AZ   xəbər verir k, tədbirlərdə 32 ölkədən 200-dən çox şirkət iştirak edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdirilib. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdirilir. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış olurlar. Sərgidə ölkənin müdafiə sənayesi bir çox yeni…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz yenidən atəşə tutulub – RƏSMİ

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan mükəmməl dronlar istehsal edir – ADLAR + FOTO

Azərbaycan müdafiə sənayesində dron istehsalı genişlənib. ARANTV.AZ-ın məlumatına əsasən, Vətən müharibəsindən sonra Azərbaycanda bir neçə növ yeni dron istehsal edilib. “Qırğı” kamikadze dronu həm kəşfiyyat, həm də zərbə endirmək qabiliyyətinə malikdir. Yerli kamikadze dronları sırasında “Quzğun” da yer alır. Bunlarla yanaşı, “Qartal” və “Şahin” bombaatan dronları da döyüş qabiliyyətinə malikdir. “Qartal” 81 mm-lik, “Şahin” isə 60 mm-lik minaatan sursatı daşıyır və həmin sursatları hədəfə ata bilir. Azərbaycanda “Simurq” döyüş dronu da istehsal edilən hərbi məhsullar sırasında yer alır. Photostock.az-ın əməkdaşı Bakıda keçirilən “ADEX-2022” müdafiə sərgisində həmin silahları lentə alıb:  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə MN-dən bildirilib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənovla Yaşar Güler müdafiə sərgisində silahlar barədə bir-birinə məlumat verdilər

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler “ADEX” Beynəlxalq Müdafiə Sərgisində sərgilənən silahlarla tanış olublar. ARANTV.AZ  xəbər verir ki, Zakir Həsənov Yaşar Gülerə Azərbaycan Ordusunun istifadəsində olan silahlar barədə məlumat verib. Yaşar Güler də öz növbəsində Türkiyə istehsalı olan texnikalar, uçuş aparatları, helikopterlər barədə Zakir Həsənovu məlumatlandırıb. Qeyd edək ki, müdafiə sərgisi sentyabrın 8-də bitəcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri son günlər intensiv atəşə tutulur – RƏSMİ

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub. “Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə…

Read More
Cəbhədən Xəbər 

Türkiyənin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir – VİDEO

Sentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İşgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və  bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayılıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycana yeni minatəmizləmə avadanlıqları gətiriləcək

“Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”. “Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi Azərbaycana gətirilib: “İlin sonunadək də qalan hissə ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır. Lazım olduqca da yeni avadanlıqlar ölkəyə gətiriləcək”.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlandı

Vətən müharibəsi başa çatandan indiyədək azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlanıb. “Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib: “67 minə yaxın isə mina və partlamamış hərbi sursatlar zərərsizləşirilib. Bu gün də bu istiqamətdə davamlı işlər aparılır”.

Read More