Cəbhədən Xəbər 

Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ölkəmizə qayıdıblar – FOTO

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotiliyasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Bundan başqa hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.  

Read More
Cəbhədən Xəbər 

Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI – YENİLƏNİB

Füzulidə minaya düşən minatəmizləmə şirkətinin əməkdaşlarının son vəziyyətləri açıqlanıb. Bununla bağlı Oxu.Az-a Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəsarət alanlar bu gün saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib: “1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hazırda hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir”. 11:28 Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində…

Read More
Cəbhədən Xəbər 

Füzulidə minatəmizləmə şirkətinin əməkdaşları minaya düşdülər

Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edilən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib,…

Read More
Cəbhədən Xəbər 

“TikTok”da canlı yayım edən hərbçilər ordu sıralarından çıxarıldı – RƏSMİ

Sosial şəbəkələrdə canlı yayım açan hərbi qulluqçular işdən çıxarılıb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilmişdir. Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb. Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlanması ilə əlaqədar mərasimlər keçirilib. Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib. Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə ötən ay 683 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1 028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 6,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Səhralıqda qara çamadanlar: Azərbaycan hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə praktiki məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhra şəraitində keçirilən məşğələlərdə hərbi qulluqçular müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yeni məlumat kimi paylaşılması ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir: “Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir. Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq. Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin…

Read More