Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə daha 121 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyulun 11-dən 16-na qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 111 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 849,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Raket və artilleriya bölmələrinin təlimindən möhtəşəm görüntülər – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib. Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı…

Read More
Cəbhədən Xəbər 

Şəhid Elşad Əliyevin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Elşad Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, anım mərasimində şəhidin ailəsi, dostları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi…

Read More
Cəbhədən Xəbər 

“Snayper hazırlığı” kursu başa çatıb

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər. Atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək müvəffəqiyyətlə yerinə yetirilib.  

Read More
Cəbhədən Xəbər 

Ermənistan ordusu Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir. Qeyd olunur ki, iyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Erməniyə “məndən sənə qardaş olmaz” deyən kəşfiyyatçı danışdı – VİDEO

Erməniyə “məndən sənə qardaş olmaz” deyən kəşfiyyatçının görüntüsü uzun müddət sosial şəbəkələrdə gündəmdən düşmədi. 44 günlük Vətən müharibəsindən sonra Ağdamda qalan ermənini qovan kəşfiyyatçı Səyyaf Əhmədov böyük rezonans doğuran dialoqundan danışıb. Həmin görüntüləri təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda minaya düşən nəqliyyat vasitəsinin görüntüləri yayılıb – VİDEO

Dünən Cəbrayıl rayonu ərazisində minaya düşən “Azərsun Holdinq”ə məxsus nəqliyyat vasitəsinin görüntüləri yayılıb. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, iyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun Holdinq”in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.…

Read More
Cəbhədən Xəbər 

MN: “Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir” – VİDEO

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur. Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik…

Read More
Cəbhədən Xəbər 

Dayısı: “İlqar Mirzəyevin timsalında Azərbaycan çox savadlı zabitini itirib”

“Biz İlqar Mirzəyevin timsalında əziz və dəyərli insanımızı itirmişik. Azərbaycan isə çox bilikli və savadlı, Vətənə bağlı zabitini itirib”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin dayısı, Gürcüstanın Saqareco rayonunun Qombori kəndinin sakini Tariyel Əsədulov deyib. Onun sözlərinə görə, İ.Mirzəyevə “Artilleriyanın atası” təxəllüsünün verilməsi də təsadüfi deyildi, belə ki, o, artilleriya sahəsində yüksək bilik və təcrübəyə malik idi. T.Əsədulov bacısı oğlunun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil aldığı illəri də xatırlayıb. O, vaxtilə həmin hərbi təhsil ocağında təlimatçı olduğunu qeyd edərək İ.Mirzəyevin kursant yoldaşları…

Read More