Cəbhədən Xəbər 

Şəhadətləri ilə tarix yazan qəhrəmanlar – FOTOREPORTAJ

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi Polad Həşimov və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhadətindən iki il keçir. Onların ölümü Azərbaycanın xalqının içindəki vətənpərvərlik hissini birə-beş artırdı. Məntiqi sonluq olaraq bu xalq öz torpaqlarını 30 ildən sonra azad etdi. Hər şeyin tətikləyicisi isə məhz Tovuz döyüşləri oldu. “Global Photo Stock”un əməkdaşı anım günündən fotolar lentə alıb. Həmin görüntüləri təqdim edirik:  

Read More
Cəbhədən Xəbər 

Şərqi Zəngəzurda erməni hərbçilərlə üz-üzə gələn “PhotoStock”un əməkdaşı – FOTOREPORTAJ

Şərqi Zəngəzur bölgəsində “PhotoStock”un əməkdaşı erməni hərbçilərlə üz-üzə gəlib. Belə ki, Oxçuçay sahilində reportaj hazırlanan zaman ərazidə peyda olan erməni zinvorlar əllərində olan smartfonlarla azərbaycanlı media nümayəndələrinin foto və video çəkilişlərini həyata keçiriblər. Güman edilir ki, qarşı tərəfin hərbçiləri qeydə aldıqları görüntüləri Ermənistan xüsusi xidmət orqanlarına təqdim edəcəklər. “Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb. Həmin görüntüləri təqdim edirik:  

Read More
Cəbhədən Xəbər 

Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür. Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub. Anası Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu dövrdə Polad Həşimov hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi…

Read More
Cəbhədən Xəbər 

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür. İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb. İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb. 2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər. Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə beş mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

İyulun 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə…

Read More
Cəbhədən Xəbər 

Tovuz döyüşlərinin baş verdiyi postlarda durum necədir? – FOTO

Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinə mediatur təşkil olunub. “Report”un Qərb bürosunun məlumatına görə, mediatur çərçivəsində hərbi hissədə yaradılmış şəraitlə tanış olunub, əsgər və zabitlərin günlük xidmət prosesi izlənilib. KİV nümayəndələrinə bildirilib ki, hərbi hissədə yeməklər xüsusi aşpazlar tərəfindən hazırlanır, yataq dəstləri, paltarların yuyulması üçün isə camaşırxana fəaliyyət göstərir. Qeyd edilib ki, hərbi hissədə təsərrüfat işlərində mülki işçilər çalışır. Daha sonra mediatur iştirakçıları “N” saylı hərbi hissənin topçularının gündəlik təlim prosesi ilə tanış olub. Sonda isə hərbi hissənin müxtəlif yüksəklikdə yerləşən…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Read More
Cəbhədən Xəbər 

Qurban bayramı münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib – FOTO

Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib. Müdafiə nazirinin tapşırığına əsasən…

Read More