Azərbaycan və Türkiyə birgə hərbi təlim keçiriblər – FOTO
Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdikləri birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.
Read More