Cəbhədən Xəbər 

Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb – FOTO

İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Səmimi qəbula görə minnətdarlığını bildirən Pakistan HHQ komandanı da xüsusi qeyd edib ki, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Azərbaycan-Pakistan əlaqələri müxtəlif istiqamətlərdə genişlənərək xeyli güclənib, o…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Qeyd olunub ki, dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar. Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Seyfəli poliqonu ilə bağlı məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022-ci il tarixdən 02.07.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Şuşanın fəthindən və planın qurulmasından DANIŞDI – VİDEO

“Biz hələ ki, Şuşa əməliyyatını tam şəkildə ictimaiyyətə çatdıra bilmirik. Burada məxfiçilik amili var”. Bunu AzTV-yə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. “Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Biz bu planı hazırladıqdan sonra cənab Prezidentə təqdim etdik, o da müəyyən düzəlişlər etdi. Düşmən bizi fərqli istiqamətdən gözləyirdi. Onlar bizim hücum edəcəyimizi gözlədikləri Ağdam istiqamətində böyük qrup saxlayırdılar. Daha sonra həmin qrup mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, Ermənistan ordusu orada böyük itkilər verəcəkdi. İkinci növbədə, ermənilər bizi Qırmızı bazar tərəfdə gözləyirdilər. Orada da güclü müdafiə qurmuşdular. Buna…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Vətən müharibəsi təcrübəsi əsasında yeni döyüş təlimatları hazırlanır

Azərbaycan Ordusunun Türkiyə modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Vətən müharibəsi başa çatdıqdan sonra yaralanan və döyüşün psixoloji təsirinə məruz qalan hərbi qulluqçuların ölkəmizdə və qardaş Türkiyə Respublikasında müalicəsi və reabilitasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərin inkişaf edilməsinə töhfə verməkdədir. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə olan əməkdaşlığımız uğurla inkişaf edir. Bu il Bakıda yüksək səviyyədə keçirilən və böyük marağa səbəb olan…

Read More
Cəbhədən Xəbər 

Azad olunan rayonlarda mina və partlamamış sursatlardan təmizlənən ərazilərin sahəsi AÇIQLANIB

Azad olunan rayonlarda mina və partlamamış sursatlardan təmizlənən ərazilərin sahəsi açıqlanıb. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər. Belə ki, türkiyəli təlimatçılar tərəfindən mühəndis bölmələrinin şəxsi heyəti ilə beynəlxalq standartlara cavab verən xüsusi minatəmizləmə və digər kurslar keçirilir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: “İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibə verib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova tərəfindən hazırlanan müsahibəni təqdim edirik. – Cənab nazir, ilk növbədə, Sizi və Azərbaycan Ordusunun şəxsi heyətini 26 iyun – Silahlı Qüvvələrimizin yaradılmasının 104-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istərdik. İşinizdə müvəffəqiyyətlər, yeni zirvələrin fəth edilməsini arzulayırıq. Ordumuz bu bayramı hansı əhval-ruhiyyədə qarşılayır? – Ən əsası, azad edilmiş ərazilərimizin qorunması ilə bağlı daşıdığımız cavabdehliyə və etimada görə böyük məsuliyyət, eyni…

Read More
Cəbhədən Xəbər 

Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb

Azərbaycan Ordusunun Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib. “Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir”, – nazir…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərin yürüşləri təşkil olunub – FOTO/VİDEO

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Şuşa şəhərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Hərbi orkestrlərin ifa etdikləri hərbi marşlar böyük marağa səbəb olub. Qeyd edək ki, Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), AzNeft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 21:00-dək davam edəcək.  

Read More