Cəbhədən Xəbər 

Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır

“Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi isə qarşıya yeni vəzifələr qoyur və ən əsası, yaxın zamanlarda birgə istehsal müəssisələrinin də yaradılması üçün geniş imkanlar açır”. ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib. “Təbii ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa…

Read More
Cəbhədən Xəbər 

M.Əliyev: “Sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı tapşırıqların icrası yoxlanılır”

“Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün fəaliyyətimizi davam etdiririk”. Bunları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev REALTV.AZ-a müsahibəsində deyib. “Biz bir neçə dəfə əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: “Ordumuzda Türkiyə təcrübəsi əsasında yeni idarəetmə sistemi qurulub”  

  Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var.   Bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov “REAL TV”yə müsahibəsində deyib.   “Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Siz xatırlayırsızsa, mən bu haqda deyirdim. Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem…

Read More
Cəbhədən Xəbər 

Tariximizin Zəfər səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu  

Tariximizin Zəfər səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu   Mümkünsüzü mümkünə çevirən Qalib  Azərbaycan Ordusu 104 yaşını qeyd edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkədə ordu quruculuğu sahəsində mühüm  addımlar atıldı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində əhəmiyyətli addım olmuşdur. 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan dövləti və Şanlı Ordusu bölgədəki sabitliyin qarantıdır

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, regionun lider dövlətinə çevrilib. Artıq iki ildir ki, Qarabağ zəfəri ilə böyük tarix yazan Azərbaycan Silahlı Qüvvələrinin yarandığı günu – 26 İyun tarixini xalqımız böyük qürur hissi ilə qeyd edir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin…

Read More
Cəbhədən Xəbər 

Müzəffər xalqın rəşadətli ordusu

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə…

Read More
Cəbhədən Xəbər 

Hər zaman və hər yerdə!

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bu dəfə “Anadolu Qartalı-2022”də birlikdədirlər… Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bütün dünyaya nümayiş etdirdi. Ancaq Azərbaycanda daha güclü ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad edilməsindən sonra da məqsədyönlü şəkildə davam etdirildi və bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təbii ki, bu zaman müharibənin nəticələrinin təhlilləri də nəzərə alınır, üstəlik Silahlı Qüvvələrimizin gücləndirilməsi zamanı NATO-nun ən güclü ordularından…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında özünə yer alır

Bir əsrdə iki dəfə müstəqil dövlətini qurmuş Azərbaycan xalqı bu müddət ərzində ciddi sınaqlarla qarşılaşıb, bir çox xalqların məhvinə səbəb ola biləcək faciələrə məruz qalıb.Bütün bu çətinliklərə baxmayaraq,xalqımız özünəxas iradə ilə inkişaf edib, yüksəlib, dünya xalqları arasında layiqli yerini tutub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan dövlətini,demək olar ki,eyni aqibət gözləyirdi.Eyni Xalq Cümhuriyyətində olduğu kimi müstəqilliyinin inkinci ilində artıq ölkə müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.Belə bir məqamda,sözün əsl mənasında,xalqın xilaskar oğlu ümummilli lider Heydər Əliyev meydana çıxdı.Uzun illər azadlıq həsrəti ilə yaşayan xalqı yenidən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB-nin iclasında iştirak edib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, K.Vəliyev Rusiya Federasiyasında səfərdədir.  

Read More
Cəbhədən Xəbər 

Bayram günü hərbi orkestrlər yürüşlər və nümunəvi çıxışlar edəcəklər – MARŞRUT

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi; – Şəhidlər Xiyabanı – Alov qüllələri – “İçərişəhər” metrosu – Qala qapısı – Kukla teatrı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli; – Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti –…

Read More