Cəbhədən Xəbər 

Cəbrayılda minaya düşən ANAMA əməkdaşının durumu AÇIQLANIB – YENİLƏNİB + VİDEO

İyunun 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Bu barədə ANAMA-nın Mətbuat Xidməti məlumat yayıb. Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib. Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb, zəruri müayinələrdən keçərək evə buraxılıb. ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat…

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib – FOTO/VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Vətən müharibəsi şəhidləri Elvin Şükürlü, Sadiq Nəcəfli və Namaz Allahverdiyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Şəhid ailələri hərbi hissədə – FOTO

Bir qrup şəhid ailəsi və yaxınlarının N saylı hərbi hissəsinə ziyarəti təşkil olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəhidlərin ailə üzvləri və yaxınları hərbi qulluqçuların xidmət, həmçinin sosial-məişət şəraiti ilə tanış olublar. Ziyarət çərçivəsində 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baş çəkdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb. Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə…

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda minaya düşən şəxsin kimliyi bilindi – YENİLƏNİB

İyunun 17-si saat 9 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. 10:20 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb. Agentlikdən verilən məlumata görə, hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı…

Read More
Cəbhədən Xəbər 

ANAMA əməkdaşı Cəbrayılda minaya DÜŞDÜ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb. Agentlikdən verilən məlumata görə, hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. “Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, – ANAMA-dan bildirilib.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Litva arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Litva Respublikası müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Read More