Cəbhədən Xəbər 

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.

Read More
Cəbhədən Xəbər 

Komando bölmələrinin taktiki-xüsusi təlimlərindən görüntülər – VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimizin nəzarətində olan əraziyə keçən erməni qarşı tərəfə qaytarılıb

Azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb. Bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. Onun sözlərinə görə, 69 yaşlı şəxs bu gün saat 12:00 radələrinə erməni tərəfinə təhvil verilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda intensiv təlimlər keçirilir – VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov pakistanlı generalla Türkiyədə görüşdü – FOTO

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Efes-2022” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib. Sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib. Daha sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə fikir mübadiləsi aparıb

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edir – FOTO

Azərbaycan hərbçiləri Türkiyədə “EFES-2022” təlimində iştirak edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirli “Twitter” hesabında paylaşım edib. Qeyd olunub ki, təlimlərə Azərbaycan hərbçilərindən başqa Şimali Makedoniya və digər ölkələrdən olan hərbçilər də cəlb olunub. Soldiers from Azerbaijan and North Macedonia participating in the #EFES2022 are sharing their views about the exercise 👇 https://t.co/99c8UsuH92 — T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 7, 2022  

Read More
Cəbhədən Xəbər 

MN: “Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək”

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyəti və dinləyicilərə Azərbaycanda hərbi…

Read More